Icma.az
close
up
RU
Bu halda işçiyə 4500 manat əlavə kompensasiya veriləcək

Bu halda işçiyə 4500 manat əlavə kompensasiya veriləcək

Icma.az, Banco.az portalına istinadən məlumat yayır.

“Konstitusiya Məhkəməsi işçilərə əlavə kompensasiyaların ödənilməsi ilə bağlı vacib qərar qəbul edib. Qərara əsasən, əmək müqaviləsinə xitam verilərkən, işçiyə bütün iş illərinin istifadə etmədiyi məzuniyyətlərinə görə kompensasiya ödəniləcək”.

Bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.

Vüqar Bayramov qeyd edib ki, qərarla Əmək Məcəlləsinin 115–117 və 118-1-ci maddələrində göstərilən əlavə məzuniyyətlərə görə, istifadə olunmamış əsas əmək məzuniyyəti üçün müəyyən edilmiş qaydada və məbləğdə hesablanan kompensasiyanın verilməsi təmin ediləcək:

“115-ci maddə ilə əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri, 117-ci maddə ilə uşaqlı qadınların əlavə məzuniyyətləri, 118-ci maddə ilə isə pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri müəyyənləşir. Belə ki, işçi fərqli səbəblərdən əlavə və ya əsas məzuniyyətdən tam istifadə etməyibsə, o zaman o işdən çıxan zaman ona həmin günlərə görə kompensasiya ödəniləcək. Bu zaman həm yeraltı işlərdə çalışanların, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətləri olan şəxslərin, həm də uşaqlı qadınların istifadə edilməyən əlavə məzuniyyətlərinə görə ödənişin verilməsi nəzərdə tutulur”.

O bildirib ki, əgər işçinin çalışdığı müddətdə istifadə etmədiyi 50 gün əlavə və 40 gün əsas məzuniyyət günləri varsa, o işdən çıxan zaman ona əlavə olaraq 90 günün məzuniyyət kompensasiyası ödəniləcək:

 “Əgər gündəlik məzuniyyət haqqı 50 manatdırsa, o zaman həmin işçiyə 4500 manat əlavə kompensasiya ödənişinin verilməsi təmin ediləcək. Bu qərar işçilərin sosial hüquqlarının daha yaxından qorunması və kompensasiya ödənişlərində qeyri-bərabərliyin aradan qaldırılmasına xidmət edəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://banco.az
archiveBu xəbər 23 Fevral 2026 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri