Bu həftə səsvermə vəsiqələrinin MSKdan dairə seçki komissiyalarına verilməsi yekunlaşır
Bu həftə bələdiyyə seçkisi ilə bağlı səsvermə vəsiqələri Mərkəzi Seçki Komissiyasından (MSK) dairə seçki komissiyalarına veriləcək.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bununla bağlı məsələ MSK-nın təsdiqlədiyi "Azərbaycan Respublikasında bələdiyyə seçkisinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı"nda əksini tapıb.
Seçki Məcəlləsinə əsasən, MSK səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrini səsvermə gününə azı 45 gün qalanadək DSK-lara verməlidir.
Təqvim planında bu tarix 2024-cü il dekabrın 15-dək nəzərdə tutulub.
Baxış sayı:100
Mənbə:https://oxu.az