Icma.az
close
up
RU
Bu həkimlər 5 il müddətinə sertifikasiyadan azad ediləcəklər

Bu həkimlər 5 il müddətinə sertifikasiyadan azad ediləcəklər

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu sahədə fəaliyyətə başlamaq istəyən şəxslərin sertifikasiyası ilə bağlı yeni Qaydanı təsdiqləyib. Belə ki, qərara əsasən, sertifikasiya sınaq imtahanında iştirak haqqı ali təhsilli tibb mütəxəssisləri üçün 35 manat, orta ixtisaslı tibb işçiləri üçün isə 25 manat müəyyən edilib. Bundan başqa, davamlı peşəkar inkişaf üzrə minimum kredit həcmi 5 il ərzində 250 kredit olmaqla, orta illik 50 kredit kimi təsbit olunub. Yeni qaydaların tətbiqi ilə əlaqədar 2010-cu ildə qəbul edilmiş sertifikasiya ilə bağlı iki qərar ləğv edilib. Qərar həmçinin hazırda qüvvədə olan sertifikasiya şəhadətnamələrinin kredit tələblərinə uyğun yenilənməsi prosedurunu da müəyyənləşdirir.

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli qeyd edib ki, həkimlərin sertifikasiya imtahanının əsas məqsədi bütün dünya praktikasında olduğu kimi  həkimlərin, eləcə də orta tibb işçilərinin peşə və bacarıqlarının dövrün müasir tələblərinə uyğun şəkildə yenilənməsini təmin etməkdir.

“Bu proses yeni tibbi kəşflər, metodikalar və protokollardakı dəyişikliklər barədə tibb işçilərinin davamlı məlumatlı olmasına, həmçinin onların müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərməsinə xidmət edir. Sertifikasiya həm də tibb işçilərini tibbi ədəbiyyatdan, yeni praktika və metodikalardan mütəmadi istifadə etməyə stimullaşdırır”.

Deputat bildirib ki, sertifikasiya prosesində imtahan mərhələsindən öncə həkimlər və orta tibb işçiləri 5 il ərzində kurslara cəlb olunurlar. Onun sözlərinə görə, kurslar zamanı onların həm nəzəri, həm də praktiki bilikləri yenilənir:

“Sertifikasiya test imtahanı şəklində keçirilir. Sertifikasiya prosesində dəfələrlə iştirak etmiş bir həkim kimi əminliklə deyə bilərəm ki, imtahanın gedişi və nəticələrin qiymətləndirilməsi tam şəffaf şəkildə aparılır. İmtahandan cəmi 2 saat sonra həm Səhiyyə Nazirliyinin müvafiq rəsmi saytında, eləcə də SMS bildiriş vasitəsilə toplanmış bal barədə məlumat əldə etmək mümkündür”.

M.Məmmədli eyni zamanda imtahan prosesinin müəyyən stress yaradan faktor olmasına da diqqət çəkib:

“Bəzi bölgələrdə imtahan zamanı diqqətsiz yanaşmalar səbəbindən gözlənilməz nəticələr də ortaya çıxa bilirdi. Bu isə imtahandan kifayət qədər bal toplaya bilməyən bəzi tibb işçilərinin fəaliyyətindən kənarda qalmasına gətirib çıxarırdı. Tibb sahəsinin çətinliyi, iş şəraitinin ağırlığı və regionlarda kadr çatışmazlığı nəzərə alınaraq, bu kimi problemlərin aradan qaldırılması üçün davamlı peşəkar inkişaf anlayışı tətbiq edildi”.

Deputat həmçinin vurğulayıb ki, yeni mexanizmə əsasən, 5 il ərzində davamlı olaraq öz üzərində çalışan və müxtəlif təlimlər, kurslar, konfranslar vasitəsilə 250 bal toplayan tibb işçiləri artıq sertifikasiya imtahanından azad olunurlar:

“Sözügedən dəyişiklik qanunvericiliyə daxil edilmiş və Baş nazir tərəfindən təsdiqlənib. Bununla tibb işçilərinin əvvəl mövcud olan stress və imtahanla bağlı texniki problemlərinin böyük hissəsi aradan qaldırılmış oldu.

“Əhalinin sağlamlığı haqqında” qanuna və Əmək Məcəlləsinə edilən dəyişikliklər cənab Prezident tərəfindən təsdiq olunduqdan sonra, Baş nazirin imzaladığı qərar ilə prosesin icra mexanizmləri müəyyən edildi”.

Müşfiq Məmmədli onu da əlavə edib ki, dəyişikliklər inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun şəkildə tibb işçilərinin 5 il ərzində davamlı peşəkar inkişafını təmin etməklə onların potensial və bacarıqlarını üzə çıxarmağa şərait yaradan mühüm addımdır:

“Nəticədə tibb işçiləri müasir texnologiyalardan istifadə etmək, müxtəlif konfrans və simpoziumlarda iştirak etmək, pedaqoji fəaliyyətlə məşğul olmaq və elmi tibbi ədəbiyyata çıxış əldə etməklə həm peşəkar bacarıqlarını təkmilləşdirəcək, həm də əvvəllər mövcud olan texniki çətinliklər aradan qaldırılacaq. Bu dəyişiklikləri tibb sahəsində mühüm və inqilabi addım kimi qiymətləndirmək olar”,- deyə deputat fikrini tamamlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Noyabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri