Icma.az
close
up
RU
“Bu həmrəylik bizi yeniyeni qələbələrə aparacaq” Səbinə Salmanova Yeni Gündəm

“Bu həmrəylik bizi yeniyeni qələbələrə aparacaq” Səbinə Salmanova Yeni Gündəm

Icma.az, Yenigundem saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması haqqında Qərar qəbul edildi: “Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə Qanun qəbul etdi. 2001-ci il noyabrın 9-10-da Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. 19 il sonra biz bu tarixin müqəddəsliyini Vətən müharibəsindəki Zəfərimizlə yenidən yaşadıq. Qurultayda dünyanın 36 ölkəsində yaşayan azərbaycanlıları təmsil edən 200-dən çox təşkilatdan 406 nümayəndə iştirak etdi. Bu qurultayda ölkəmizin, azərbaycanlıların daha nurlu sabahları üçün çalışanlar ən böyük azərbaycanlının – böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycan naminə dəyərli tövsiyələrini dinlədilər, bu tövsiyələr də tarixləşdi. Nümayəndələr dünyəvi siyasətdə azərbaycançılığın yerinin möhkəmləndirilməsi üçün nələr etməyin, necə etməyin nəzəri əsaslarını da öyrəndilər”.

“Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsinin həm Azərbaycan üçün, həm də bütün dünya azərbaycanlıları üçün çox əhəmiyyətli olduğunu qeyd edən Ulu Öndər vurğuladı ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir-biri ilə daha da sıx əlaqə qurması, öz həmrəyliklərini bəyan etməsi və müstəqil Azərbaycan dövləti ilə əlaqələr yaratması tarixin bu mərhələsində çox əhəmiyyətli bir vəzifə kimi meydana çıxır. Ölkəmizin xaricində yaşayan azərbaycanlılar müstəqil Azərbaycan ilə daha da sıx əlaqələr qurmalı, azərbaycanlıların birliyinin, həmrəyliyinin təmin olunması üçün çalışmalıdır. Ulu Öndərin “Xalqları dil qədər, milli-mənəvi ənənələr qədər, dəyərlər qədər birləşdirən başqa bir vasitə yoxdur. Biz bu vasitədən daim istifadə etməliyik” fikri qurultayın leytmotivi kimi dinlənilmişdi”, – deputat əlavə edib.

S.Salmanova söyləyib ki, qurultayda Dünya Azərbaycanlılarının I Qurultayının qətnaməsi ilə, nümayəndələrin bütün dünya azərbaycanlılarına müraciəti ilə bərabər Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərlərinə və parlamentlərinə müraciətlər də qəbul olundu: “BMT Təhlükəsizlik Şurasının qətnamələrini qəbul etməyən Ermənistana ciddi beynəlxalq təzyiq göstərməyən dünya ölkələri bu müraciəti Azərbaycan Ordusunun həll edəcəyini bilməli idi. 19 il sonra dünya dövlətləri gördü ki, Prezident İlham Əliyevin qürurla dediyi “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır” xəbərdarlığı nə qədər real gücə əsaslanırmış. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsində, qüdrətlənməsində böyük rol oynadı və Heydər Əliyev dühasının bəşəriliyinə düşən işıq oldu”.

Parlamentari vurğulayıb ki, “Mən azərbaycanlıyam!” deyən hər bir azərbaycanlı bu günün mahiyyətini yaşam fəlsəfəsi bilir, ömrünü bu fəlsəfənin işığında yaşayır: “Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyev təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli həmrəylik ideyalarının bu gün də Azərbaycan dövləti üçün öz aktuallığını saxladığını nümayiş etdirir. Bu gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib. Tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsində qazandığımız Zəfər həmrəyliyimizin, xal-iqtidar birliyinin bir yumruq ətrafında birləşməyimizin bariz nümunəsidir. 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz ədaləti bərpa etdi. Bu qələbə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində mühüm rol oynadı. Bu tarixi qələbəni bizlərə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi həmçinin güclü ordumuzun və xalqımızın həmrəyliyi , birliyi oldu.

Ölkəmizin İkinci Qarabağ müharibəsindəki tarixi ədalətin zəfər çalmasında hər bir soydaşımız əlindən gələni əsirgəmədən yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin çatdırılması istiqamətində yorulmadan fəaliyyət göstərdi. Vətən müharibəsində qazandığımız şanlı Zəfərdən sonra dövlətimizin qarşısında dayanan əsas hədəflərdən biri işğaldan azad edilmiş ərazilərimizin bərpasıdır. Ölkə başçısının müvafiq tapşırığı ilə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etmək üçün mühüm işlər görülür. İşğaldan azad edilmiş ərazilərdə müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” hazırda uğurla icra edilir. Dövlətimiz Qarabağ və Şərqi Zəngəzur bölgəsinin ölkənin digər əraziləri kimi yüksək inkişaf yoluna qədəm qoyması üçün siyasi iradə sərgiləyir”.

“Mən xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edir. Bu gün hər bir azərbaycanlı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə doğru inamla addımlayacağına tam əmindir. Bu həmrəylik bizi yeni-yeni qələbələrə aparacaq”, – deputat deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 03 Yanvar 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see195

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see121

Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı

19 İyul 2025 10:50see121

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see118

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see116

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

18 İyul 2025 08:56see114

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see112

Ersin Tatar: Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb

18 İyul 2025 05:55see112

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi

18 İyul 2025 18:55see111

150 illik müharibə TƏHLİL

18 İyul 2025 15:57see110

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see110

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see110

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see110

Əlixan Rəcəbovdan xanımı ilə paylaşım

18 İyul 2025 12:46see110

Merz Netanyahuya xəbərdarlıq edir...

18 İyul 2025 18:57see110

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see110

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see109

Rusiyanın Qərbə qarşı müharibəyə başlaması üçün... Orban

18 İyul 2025 01:00see109

Ərəblərdən “Real”a 350 milyon, futbolçuya 1 milyard

18 İyul 2025 12:25see109

Türkiyə bu halda hərbi gücə baş vuracaq Ankaranın 7 maddəlik Suriya strategiyası məlum oldu

18 İyul 2025 15:18see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri