Paşinyan ciddi etirazla üzləşəcək... “Stratfor” analitikləri regionla bağlı hansı proqnozlar verib?
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Amerikanın “Stratfor” analitik mərkəzi 2026-cı il üçün illik proqnozunu dərc edib. Sənəddə Ermənistan–Azərbaycan münasibətlərinə də toxunulub.
Proqnoza görə, Ermənistan və Azərbaycan ötən il əldə olunmuş sülh razılaşmalarının icrası istiqamətində məhdud addımlar atacaqlar və bununla da yeni müharibə riski azalacaq. Ehtimal olunur ki, hər iki ölkə ehtiyatla ticarət əlaqələrini davam etdirəcək və etimad mühiti formalaşdırmağa çalışacaq. Lakin bu, hərtərəfli iqtisadi inteqrasiya yox, məhz ölçülü-biçili ticarət əməkdaşlığı formatında baş verəcək.
“Stratfor”un qiymətləndirməsinə əsasən, Ermənistanın Baş naziri Nikol Paşinyan daxili siyasətdə artan ictimai narazılıqla üzləşəcək. Bu narazılığın əsas səbəbləri kimi Azərbaycana ehtimal olunan güzəştlər və erməni apostol kilsəsi ilə gərgin münasibətlər göstərilir.
Azərbaycanın yekun sülh sazişinin imzalanması üçün ilkin şərt kimi irəli sürdüyü Konstitusiya dəyişikliyi də ölkədə güclü ictimai narazılıq doğurmaqda davam edəcək. Bu səbəbdən, Paşinyanın həmin məsələ ilə bağlı referendumu iyun ayında gözlənilən parlament seçkilərindən sonrakı dövrə təxirə salmağa çalışacağı ehtimal olunur.
Analitiklərin fikrincə, əgər Paşinyan yenidən seçilməzsə, sülh sazişinin taleyi daha da qeyri-müəyyən olacaq. Lakin onun hakimiyyətdə qalacağı təqdirdə TRIPP proqramının həyata keçirilməsi baş nazir üçün prioritetə çevriləcək. Məqsəd bu razılaşmadan real faydalar əldə etmək və onları cəmiyyətə nümayiş etdirmək olacaq.
“Stratfor”un proqnozuna görə, Bakı TRIPP marşrutu ilə paralel şəkildə İran ərazisindən keçən Araz dəhlizinin öz hissəsinin tikintisini başa çatdıracaq. Eyni zamanda, İrəvan əməkdaşlığa getmədiyi halda TRIPP layihəsini həm təzyiq aləti, həm də alternativ mexanizm kimi əlində saxlayaraq, Ermənistanı regional inteqrasiyadan kənarda qoymağa çalışacaq.
Mərkəzin qiymətləndirməsinə əsasən, Rusiya TRIPP-in həyata keçirilməsi prosesinə mane olmağa cəhd göstərəcək. Lakin Moskvanın regiondakı mövqelərinin zəifləməsi onun həm Ermənistanın, həm də Azərbaycanın Qərbə yönəlməsinin qarşısını almaq imkanlarını xeyli məhdudlaşdıracaq.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 24 Yanvar 2026 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















