Icma.az
close
up
RU
Bu hücumun İran üçün nəticəsi yaxşı olmayacaq Deputat

Bu hücumun İran üçün nəticəsi yaxşı olmayacaq Deputat

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“İran İslam Respublikasının rəsmiləri uzun illər Azərbaycana qarşı sərt mövqedə olublar. İstər torpaqlarımız işğal altında olanda, istər müharibə dövründə, istərsə də sonrakı illərdə Azərbaycan dövlətimizə qarşı müəyyən təxribatlar törətməklə, müəyyən şantaj əməllərə yol verməklə həmişə imicimizə zərbə vurmağa çalışıblar. Onlar daimi olaraq təcavüzkar erməni faşistlərini dəstəkləməklə öz nifrətlərini açıq-aşkar nümayiş etdiriblər”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib. 
O bildirib ki, lakin son dövrlərdə münasibətlərdə müəyyən istilik yaranmış və qonşu dövlətlə əlaqələrin saflaşdırılmasına təşəbbüslər göstərilib:
“Müharibə şəraitində Prezidentin İranın rəsmilərinə başsağlığı verməsi, İranda baş verən hadisələrin tezliklə başa çatmasını arzulaması və sülhün tərəfdarı olmasını qeyd etməklə bildirmək istəyirik ki, biz heç vaxt İranın məğlubiyyətinə, pis vəziyyətə düşməsinə tərəfdar olmamışıq. Həmişə qonşuluq, sülh və əmin-amanlıq münasibətləri yaratmağa çalışmışıq. Ancaq Naxçıvana dron zərbələri göstərir ki, bu gün də İran İslam Respublikasının rəsmiləri dövlətimizə qarşı düşmən mövqedədirlər və onlar özlərinin riyakar əməllərini davam etdirirlər. Əlbəttə ki, bu hadisə, Naxçıvana dron hücumları beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə yaddır. İki dövlət arasındakı münasibətlərə çox ciddi zərbədir və Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərpa edilməsinə əngəldir”. 
Millət vəkili deyib ki, bu, bilavasitə Azərbaycana hərbi təzyiq xarakteri daşıyır və güc nümayiş etdirmək anlamını ortaya qoyur:
“Hər bir Azərbaycan vətəndaşı İranın bu hərəkətlərini kəskin pisləyir və sözsüz ki, bu hərəkətlər cavabsız qala bilməz. Əgər lazımi münasibət bildirilməsə, faktlar və hücumlar haqqında ətraflı məlumat verilməsə, dövlətimiz tərəfindən adekvat tədbirlər həyata keçirilə bilər ki, bu da İran üçün yaxşı nəticələr verə bilməz. Çünki İran bu gün dünyada təcrid olunmuş bir dövlətdir, müharibəyə məruz qalıb, çox ciddi problemlər qarşısındadır. Azərbaycanla, qonşu dövlətlə münasibətləri kəskinləşdirmək ona heç cür fayda verə bilməz. İranın molla rejimi öz əməllərinin izahını verməli və tezliklə çirkin əməllərdən əl çəkilməlidir. Hər birimiz bu hərəkətləri kəskin pisləyir və bu hərəkətlərə yol verənlərə nifrətimizi ifadə edirik”.
Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.
Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.
Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Mart 2026 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri