Bu il Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına 34 yeni üzv qoşulub AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 19 dekabr, AZƏRTAC
Bu il ərzində effektiv, səmərəli və məhsuldar tədbirlər keçirməyə çalışmışıq. 2024-cü il ərzində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına (AKTA) 34 yeni üzv qoşulub. Ümumilikdə, AKTA-nın üzvlərinin sayı 146-ya çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə AKTA-nın sədri Elvin Balacanov dekabrın 19-da Bakıda keçirilən qurumun 2024-cü il üzrə fəaliyyətinə dair hesabat tədbirində çıxışında deyib: "AKTA-nın artıq 146 eksperti var. 2023-cü ilin göstəricisi ilə müqayisədə AKTA üzvlüyünə müraciətlərin sayı dəfələrlə artıb. 2024-cü ildə qurum tərəfindən 68 tədbir keçirilib, bu ötən ilin göstəricisi ilə müqayisədə 2 dəfə çoxdur. Beynəlxalq əməkdaşlıq istiqamətində də müsbət artım müşahidə olunub. Belə ki, ötən il AKTA ekspertləri 5 səfər etmişdilərsə, bu il artıq səfərlərin sayı 9 olub".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 19 Dekabr 2024 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















