Icma.az
close
up
RU
“Bu il əsas problem subbakalavrların qəbulunda oldu” AÇIQLAMA

“Bu il əsas problem subbakalavrların qəbulunda oldu” AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Abituriyentlərə görə ixtisas seçiminin nəticələri və yerləşdirilməsi ədalətli və şəffafdır. Orada heç bir problem yoxdur. Balı yüksək, normal və keçid imkanı olanların hamısı qəbul olunub. Balı aşağı olanlar və ixtisas seçimini səhv aparanlar kəsilib, vəssalam".

Bu fikirləri Redaktor.az-a açıqlama verən təhsil eksperti Elçin Murad bildirdi.

O əlavə etdi ki, subbakalavrların şansı hər il daha da zəifləyir, onların qəbul şansı getdikcə azalır:

"Bu il də bunun şahidi olduq. “Abituriyent” jurnalının 2-ci sayında subbakalavrlara yer verildiyi qeyd olunan universitetlər və ixtisaslar var idi. Xüsusilə də qida mühəndisliyi ixtisasının adını çəkirəm. Nəticələr açıqlanandan sonra müşahidə etdik ki, ən azından mənim gördüyüm qədərilə, subbakalavrlara yer verdiyi qeyd olunan universitetlər nəticələr elan ediləndə subbakalavrlara ümumiyyətlə yer ayırmayıb. Yəni Dövlət İmtahan Mərkəzi subbakalavrlar üçün standart bir ölçü müəyyən etməlidir. Qəbul da həmin standart ölçü əsasında aparılmalıdır və subbakalavr bilməlidir ki, qəbul ola bilər, yoxsa ola bilməz. Qida mühəndisliyi üzrə kifayət qədər universitetdə subbakalavrlar üçün yer verildiyi göstərilsə də, yekunda baxdıq ki, ortada heç nə yoxdur. Kompüter mühəndisliyi, informasiya texnologiyaları və informasiya təhlükəsizliyi ixtisasları üzrə də subbakalavrlara yer verildiyi qeyd olunan bəzi universitetlərdə nəticədə subbakalavrlar üçün qəbul aparılmayıb.

Bunun üçün müəyyən bir ölçü götürmək lazımdır. Burada abituriyentlərin çox olması istər-istəməz subbakalavrların şansını zəiflədir, o başqa məsələdir. Amma ən azından bunu tənzimləmək, standart bir ölçüyə salmaq və subbakalavrların da bu minvalla hərəkət etməsinə şərait yaratmaq lazımdır. Çünki hər biri müəyyən ümid və həvəslə ixtisas seçiminə qatılır. İki il universitetdə oxuyanda diplom ortalaması yüksək olsun deyə əziyyət çəkir, amma yekunda 96, 97, 98 balla kənarda qalanda istər-istəməz narahatlıq və narazılıq yaranır. Ona görə də buna müəyyən bir ölçü götürülməlidir. Bu il problem subbakalavrlarda oldu. Digər qruplarda, birinci, ikinci, üçüncü, dördüncü və beşinci qruplarda heç bir problem olmadı. Problem deyəndə ədalətsizliyi nəzərdə tutmuram. Dediyim kimi, balı yüksək və normal olanlar universitetə qəbul olub, balı aşağı olanlar universitetdən kəsilib. Bu da təbii haldır, hər kəs universitetə qəbul ola bilməz".

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Avqust 2026 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see647

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see277

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see265

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see251

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see233

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see233

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see223

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see214

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see205

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see197

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see193

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see193

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see187

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see186

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see183

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see182

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see178

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see176

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see170

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri