Bu il yüzlərlə şirkət iflas edib sayları artır
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-də iri şirkətlərin iflası son illərin ən yüksək səviyyəsinə çatıb.
Modern.az xəbər verir ki, 2026-cı ilin ilk altı ayında ölkədə 372 iri şirkət müflis olduğunu elan edib. Bu, son 16 ilin ilk yarımilliyi üzrə ən yüksək göstərici kimi qiymətləndirilir.
Məlumata görə, bu, artıq ardıcıl dördüncü ildir ki, ilin ilk altı ayında korporativ iflasların sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə artır.
Diqqət çəkən məqamlardan biri də odur ki, bu ilin ilk altı ayındakı iflasların sayı 2022-ci ilin bütün ili ərzində qeydə alınan 317 şirkətlik göstəricini də geridə qoyub.
Statistikaya əsasən, may və iyun aylarının hər birində 72 şirkət müflislik üçün müraciət edib. Bu göstərici 2020-ci ilin iyul ayından bəri qeydə alınan üçüncü ən yüksək aylıq nəticə hesab olunur.
Ən çox iflas sənaye sektorunda qeydə alınıb. Belə ki, ilin əvvəlindən 50 sənaye müəssisəsi fəaliyyətini dayandırıb.
Siyahıda ikinci yerdə istehlak malları və xidmətləri sektoru qərarlaşıb. Bu sahədə 35 şirkət, səhiyyə sektorunda isə 26 şirkət müflis olub.
İqtisadçılar bildirirlər ki, yüksək faiz dərəcələri, kredit yükünün artması, istehlak xərclərinin zəifləməsi və iqtisadi qeyri-müəyyənlik ABŞ-də iri şirkətlərin maliyyə vəziyyətinə ciddi təsir göstərməkdə davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 20 İyul 2026 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















