Icma.az
close
up
RU
Bu ilin III rübündə Azərbaycanda 7 milyon ton xam neft hasil olunub

Bu ilin III rübündə Azərbaycanda 7 milyon ton xam neft hasil olunub

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 27 oktyabr, AZƏRTAC

Cari ilin üçüncü rübündə SOCAR tərəfindən 12 min metr qazma işləri həyata keçirilib.

AZƏRTAC SOCAR-ın cari ilin 3-cü rübünə dair qazma, hasilat, emal və ixrac göstəricilərinə dair hesabata istinadla xəbər verir ki, şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 1,8 milyon ton neft, 1,94 milyard kubmetr qaz hasil olunub. Ölkə üzrə qaz hasilatı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz artaraq, 13 milyard kubmetr təşkil edib.

Ümumilikdə isə, 2025-ci ilin üçüncü rübü üzrə Azərbaycanda 7 milyon ton xam neft hasil olunub.

Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 4,1 milyon ton təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı 6,3 milyard kubmetr, istehlakı isə 2,4 milyard kubmetr olub. Təbii qaz ixracında 8,7 faiz artım qeydə alınıb.

Cari ilin üçüncü rübündə SOCAR tərəfindən 1,7 milyon ton neft, 760 milyon kubmetr qaz emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 639,2 min ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. Neft, neft-kimya və qaz-kimya məhsullarının ixracında 2,7 faiz artım qeydə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri