Icma.az
close
up
RU
Bu insanlar 120 il yaşayırlar, xərçəngtə utulmurlar SİRRLƏRİ KONKRET

Bu insanlar 120 il yaşayırlar, xərçəngtə utulmurlar SİRRLƏRİ KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Orta hesabla 120-130 il yaşayan və 60 yaşını “yolun yarısı” olaraq görən hunza türkləri xərçəngə yoluxmadan sağlam həyatları ilə diqqət çəkir.

KONKRET.az musavat.com-a istinadən bildirir ki, elm adamlarının uzun müddətdir araşdırdıqları bu qeyri-adi icma, yaşa uyğun olmayan həyat tərzi ilə bütün dünyanın diqqətini çəkir.

Budur Hunza Türkləri…

Pakistanın şimalındakı Hunza vadisində yaşayan hunza türkləri 120-130 yaşa qədər sağlam yaşamaqla bütün dünyanın diqqətini çəkir.

60 yaşını “yolun yarısı ” kimi qəbul edən bu cəmiyyətdə hətta qoca yaşda da enerjili qalmaq demək olar ki, normadır. Alimlərin tədqiq etdiyi bu qeyri-adi icma onların uzun və xəstəliksiz ömür sürmələrinin sirrini təbii yaşayış şəraiti və qidalanma vərdişləri ilə əlaqələndirir.

Təbiətdən gələn sağlamlıq və uzunömürlülük

Hunza türkləri dağlıq coğrafiyanın təmin etdiyi təmiz hava və mineral su ehtiyatları sayəsində sağlam həyat sürürlər. Becərdikləri orqanik tərəvəzləri qurudaraq istehlak edən camaatın süfrələrində təbii heyvandarlıqdan əldə edilən süd məhsulları da yer alır. Onların sağlamlığının əsasını qatıq, pendir, südlü darı və madyan südündən hazırlanan qımız kimi ənənəvi qidalar təşkil edir.

Ətdən çox istifadə etsələr də, heyvanlarını tam təbii yemlə bəslədikləri üçün heç bir xroniki xəstəlik keçirmirlər. Bu əhali arasında xərçəng xəstəliyinin olmaması elm aləmində böyük maraq doğurur. Hunza xalqı ədviyyatlı ət yeməkləri ilə məşhur olsalar da, yalnız özlərinin yetişdirdiyi meyvə və tərəvəzləri istehlak edirlər.

Köçəri mədəniyyətinin izləri: Köhnə türk ənənələrini yaşadırlar

Hunza türkləri əcdadlarından miras qalmış köçəri mədəniyyətin bir çox ənənələrini davam etdirirlər. Yay və qış yerlərini seçərək fəsillərə görə köç edən bu camaat ənənəvi türk həyat tərzinə sadiq qalır. İlk türk toplumları kimi heyvandarlıq və əkinçiliklə məşğul olan hunzalar min illərdir dəyişməz bir həyat tərzini mənimsəmişlər.

Hunza xalqının izlədiyi təqvim də çöl mədəniyyətinə əsaslanır. Onlar “maralların nallaması” və ya “köçəri quşların qayıdışı” kimi təbii hadisələrə əsaslanan dövri zaman anlayışına malikdirlər. Miqrasiya marşrutları da əvvəlcədən müəyyən edilir və təsadüfi deyil, planlı şəkildə təşkil edilir.

Ağbirçək yaşda ana olmaq və hunzalarda yaş anlayışı

Bu cəmiyyətdə qadınlar hətta 65-70 yaşlarında da ana ola bilirlər. 100 yaşında ölən birinin “cavan öldü” adlandırılması burada yaş anlayışının nə qədər fərqli olduğunu ortaya qoyur. 65 yaş “ömrün yarısı ” hesab edilsə də, insanların əksəriyyəti 120 yaşdan yuxarı yaşayır.

Təbiətlə iç -içə bir yaşam

Hunza türklərinin həyat tərzi bölgənin coğrafi və iqlim şəraitinə uyğun formalaşmışdır. Dəniz səviyyəsindən 6 min metr yüksəklikdə yaşamaq onlara yüksək oksigenli hava ilə nəfəs almağa imkan verir. Sərt qışa və aşağı temperaturlara öyrəşmiş bu camaat təmiz su mənbələri və təbii qida maddələri ilə immunitetlərini güclü saxlayır.

Tarixən Orta Asiya çöllərindən köç etdiyi güman edilən hunza xalqı öz mədəni köklərini qoruyub saxlamış və bu günə qədər daşımışdır. Köçəri çobanlıq ənənəsini davam etdirən camaat həm də ən qədim türk dilində danışır. Xalçaçılıq kimi sənətkarlığa da önəm verən Hunza türkləri təbiətdən əldə etdikləri materiallardan iplik, xalça və kilimlər istehsal edirlər.

Xroniki xəstəliklərin aradan qaldırıldığı cəmiyyət

Hunza türkləri sağlam və aktiv həyat tərzi sayəsində demək olar ki, heç vaxt xroniki xəstəliklərdən əziyyət çəkmirlər. Dağlardan gələn təmiz hava və təbii qidalanma vərdişləri xərçəng kimi ciddi xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır. Kiçik, lakin tez-tez yeməklər qəbul edən bu camaat sağlam qidalanmağı gündəlik həyatlarının ayrılmaz hissəsinə çevirib.
Hunza türklərinin həyat tərzi uzun ömrün sirlərini axtaran alimləri ruhlandırır. Onların köçəri mədəniyyətinin davamlılığı, üzvi qidalanma vərdişləri və təbiətlə harmoniyada yaşamaq fəlsəfəsi bu icmanı dünya miqyasında unikal edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Noyabr 2024 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see414

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see322

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see305

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see293

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see281

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see275

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see271

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see261

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see243

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see241

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see235

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see235

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see235

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see234

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see222

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see222

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see187

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri