Icma.az
close
up
RU
Hollivud təbəssümün sirrləri

Hollivud təbəssümün sirrləri

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Təbəssüm. Sadə bir şeydir. Lakin bəzi insanlar gülümsəməkdən çəkinir və utanır. Bir çox hallarda bunun səbəbi əyri, bir birinin üstünə "çıxan" dişlərdir.

Belə dişlər tək kosmetik defekt deyil. Ağız boşluğunda düzgün yerləşməyən dişlər damaqları zədələyir, nəticədə qinqivit əmələ gəlir. Daha ağır fəsad - paradontitdir. Bu çox təhlükəli xəstəlikdir ki, bunun nəticəsində hətta sağlam dişlər laxlamağa başlayır və düşür. Bundan əlavə sıx yerləşən dişlərin keyfiyyətli təmizlənməsi mümkünsüz olur ki, nəticədə karies inkişaf edir.

Bu vəziyyətdən çıxış yolu breketlərin (və ya breket-sistemlərinin) istifadə edilməsidir. Breketləri həkim-ortodont təyin edir.

Breketlər müxtəlif olur:

- linqval breketlər (dişlərin arxa tərəfində bərkidilir). İnsan danışdıqda bu breketlər görünmür. Breketlər arasında bu növ ən bahalıdır.

- sapfir breketlər (şəffafdırlar, dişlərin xarici tərəfindən bərkidilir).

- metal breketlər (dişlərin xarici tərəfindən bərkidilir).

- keramik breketlər (ağ rəngdədir, dişlərin xarici tərəfindən bərkidilir).

- rəngli breketlər (plastikdən hazırlanır, müxtəlif rənglərdə olur).

Breketlərin qiymətləri müxtəlifdir. Sizə uyğun olan breket-sistemini sizin istəklərinizi nəzərə alaraq həkim-ortodont seçir.

Breketlərin taxılmasından əvvəl həkim bütün dişlərin vəziyyətini qiymətləndirməlidir və lazım olduqda müalicə etməlidir. Karies, çatlar, diş daşı, bruksizm (yuxuda dişlərin bir birinə sürtməsi) breket-sistemlər üçün əks göstərişdir. Bu səbəbdən karies müalicə olunur, diş daşları təmizlənir, zədələnmiş dişlər bərpa olunur. Daha sonra həkim-ortodont dişlərin peşəkar təmizlənməsini aparır, xüsusi məhlulla emal edir, hər dişə yapışqan çəkir və breket (keramikadan, metaldan və s.) bərkidir. Breket-sistemlərin  əksəriyyəti dişlərin xarici səthlərində quraşdırılır.

Daha sonra breketlərin içərisindən xüsusi çox bərk metal qövs keçirilir ki, məhz bu qövs dişləri dartaraq onları lazım olan yerlərə "itələyir". Dişlərin sırası düzəldikcə qövs digərinə dəyişdirilir.

Breket-sisteminin bərkidilməsindən sonra insan müəyyən ağrılar və diskimfort hiss edə bilər. Lakin bir müddətdən sonra bu hisslər keçir. Əgər breketlər sizə çox güclü dözülməz ağrı verirsə, mütləq həkimə bu haqda xəbər verin. Müəyyən müddətlərdən sonra həkim-ortodont breket-sisteminin və dişlərin vəziyyətinə nəzarət etməli, dişləri təmizləməlidir. Breketlər dişlərdən 1 ildən 3 ilə kimi qala bilər. Bu müddət ərzində dişlər öz normal fizioloji yerini tutur və daha sonra bu vəziyyətdə qalır.

Əyri dişlərdə breketlər müxtəlif səviyyələrdə olur və "səliqəsiz" görünür. Lakin vaxt keçdikcə dişlər öz normal anatomik yerlərini tutur ki, nəticidə onlara bərkidilən breketlər da "nizama salınır".

Breketləri mütləq gündə 2 dəfə çox diqqətlə təmizləmək lazımdır. Bu çox vaibdir. Əgər breketlərin taxilması zamanı dişdə karies əmələ gələrsə, breketlər çıxarılacaq, həkim xarab dişi müalicə edəcək və sonra breket-sistemi yenidən quraşdırılacaq. Nəticədə siz vaxtınızı və pulunuzu itirəcəksiniz.

Breketlər adi qaydada deyil, daha diqqətlə təmizləyirlər. Xüsusi diş fırçası və diş məcunundan əlavə, xüsusi kiçik fırçalar, flos (diş sapı), diş yaxalayıcıları istifadə olunur.

13 yaşına kimi olan uşaqlarda dişlərin fizioloji olmayan vəziyyətini breket-sistemlərin deyil, xüsusi çıxarılan ortodontik plastinlərin köməyilə düzəldmək olar. Daha böyük yaşlarda yalnız çıxarılmayan breket-sistemlər kömək edə bilər. Breket-sistemlərin istifadəsi üçün yaş həddi yoxdur. Hətta 50-60 yaşında olan insan bu sistemin vasitəsilə hollivud təbəssümünün sahibi ola bilər.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri