Icma.az
close
up
RU
Bu insanlar problemlərini daha asan həll edə bilirlər KONKRET

Bu insanlar problemlərini daha asan həll edə bilirlər KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İnsan hüquqları və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi təminatı müasir cəmiyyətlərin əsas prinsiplərindən biridir. Bu sahədə dövlətin rolu, qanunvericilik, hüquq mühafizə orqanları və müstəqil təşkilatlar vacibdir. Azərbaycanda da insan hüquqlarının qorunması və vətəndaşların hüquqi təminatı ilə bağlı müəyyən qanunlar və mexanizmlər mövcuddur.

Vətəndaşların hüquqi və siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi isə, hüquqi dövlət quruculuğunun və səmərəli vətəndaş cəmiyyətinin formalaşmasının əsas şərtlərindən biridir. Bu, yalnız hüquqi biliklərin artırılması ilə kifayətlənmir, həm də insanların öz hüquqlarından düzgün şəkildə istifadə edə bilmələri, başqalarının hüquqlarına hörmət etmələri və hüquqi normalara uyğun davranmaları ilə əlaqəlidir.

Xüsusilə, gənc nəslin hüquqi savadlılığının artırılması, həm bu gün, həm də gələcək üçün hüquq mədəniyyətinin möhkəmləndirilməsi baxımından vacibdir. Media, təhsil müəssisələri, qeyri-hökumət təşkilatları və digər ictimai institutlar bu prosesdə aktiv rol oynamalıdır. Cəmiyyətin tərəqqisinə təsir edən əsas amillərdən biri vətəndaşların sosial və siyasi proseslərdə fəal iştirakıdır.

Qeyd etmək lazımdır ki, “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində təsdiqlənmiş və bu sənəd insan hüquq və azadlıqlarının təmin olunmasını Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etmişdir.

Bu prinsipi davam etdirən Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bu tarix, insan hüquqlarına verilən yüksək dəyərin və onların müdafiəsinin dövlət səviyyəsində prioritet məsələ olduğunu bir daha təsdiqləyir.

Ötən əsrin 1990-cı illərinin ortalarından etibarən həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğuna ciddi təkan verilib. Bu dövrdən başlayaraq, xalqımızın rifahı və xoşbəxt gələcəyi naminə zəruri təminatlar yaradılıb, ictimai-siyasi sabitlik və ümumi əmin-amanlığın möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Eyni zamanda, qanunun aliliyinə əsaslanan müasir, sivil vətəndaş cəmiyyətinin formalaşdırılması prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilərək davamlı şəkildə bu sahədə iş aparılıb.

Azərbaycanda vətəndaşların öz hüquq və vəzifələrini kifayət qədər tanımaması cəmiyyətdə bir sıra sosial və siyasi problemlərin yaranmasına səbəb olur.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən sosioloq bildirib ki, hər bir insan sosial varlıq kimi həm hüquqlarını, həm də vəzifələrini bilməlidir:

Nailə İsmayılova

“Bəzən insanlar “hüquq və vəzifə” anlayışını belə tam dərk etmirlər. Sanki onların yerinə kimsə hüquqlarını qorumalıdır. Amma vətəndaş anlamalıdır ki, öz hüquqlarını bilmək, əslində, özünü müdafiə mexanizmini formalaşdırmaq deməkdir.”

Sosioloqun sözlərinə görə, vətəndaşların öz hüquqlarını bilməməsi onların gündəlik həyatda, sosial və siyasi münasibətlərdə passiv mövqedə qalmasına gətirib çıxarır.

“Nədənsə insanlarımızda oxumaq və öyrənmək vərdişi zəifdir. Bu da onların hüquqi savad səviyyəsini aşağı salır. Halbuki, hüquqlarını bilən vətəndaş həm cəmiyyət qarşısında daha aktiv olur, həm də problemlərini daha asan həll edə bilir,” – deyə Nailə İsmayılova vurğulayıb.

Ekspert qeyd edib ki, bu məsələ yalnız böyüklərə deyil, uşaqlara da aiddir. Azərbaycanda uşaq hüquqlarını qoruyan xüsusi qanun mövcuddur və bu, onların müdafiə mexanizmini təmin edir.

“Qanunlar açıq şəkildə həm mediada, həm sosial şəbəkələrdə, həm də televiziya vasitəsilə ictimaiyyətə çatdırılır. Amma insanların çoxu hara və necə müraciət etməli olduqlarını bilmir. Əgər hər bir vətəndaş bu biliklərə sahib olsa, problemlərin həlli daha asan olar,” – deyə sosioloq əlavə edib.

Nailə İsmayılovanın fikrincə, vətəndaşın özünü sosial fərd kimi hiss etməsi və hüquqi biliklərə sahib olması, həm cəmiyyətin inkişafına, həm də dövlət-vətəndaş münasibətlərinin sağlam qurulmasına mühüm töhfə verir.

Aynurə İsmayıl,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusuna uyğun olaraq dərc edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Oktyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see483

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see363

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see324

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see295

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see267

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see264

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see261

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see217

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see213

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see213

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see212

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see210

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see208

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see208

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see205

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see198

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see179

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri