Bu işıqforlara velosiped bölmələri quraşdırıldı VİDEO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Paytaxtda velosipedçilərin təhlükəsizliyinin təmin edilməsi və mikromobilliyin inkişafı istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən daha 5 kəsişmədə svetoforlara yeni nəsil velosiped bölmələri quraşdırılıb.
Avtosfer.az xəbər verir ki, velosiped bölmələri Nərimanov rayonu, Xətai prospektinin Əbdüləzəl Dəmirçizadə, Əhməd bəy Ağaoğlu, Əliağa Vahid və Neymət Quliyev küçələri ilə kəsişmələrində, həmçinin Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi ilə Məhəmməd Naxçıvani küçəsinin kəsişməsində quraşdırılıb.
Ümumilikdə bu kəsişmələrdəki svetoforlara 14 velosiped bölməsi əlavə edilib. LED işıqlandırma ilə təchiz olunan yeni nəsil bölmələr velosipedçilərin yollarda daha təhlükəsiz və rahat hərəkət etməsinə imkan yaradır.
Qeyd edək ki, indiyədək paytaxt yollarında yerləşən 54 yolayrıcındakı svetoforlara 136 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib. Bu istiqamətdə işlər davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 09 Mart 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















