Icma.az
close
up
RU
Bu ixtisaslar tarixə qovuşur Ekspert gələcəyi olmayan peşələri açıqladı

Bu ixtisaslar tarixə qovuşur Ekspert gələcəyi olmayan peşələri açıqladı

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda ali təhsil sistemində ixtisasların siyahısı dövri olaraq yenilənir və əmək bazarının tələblərinə uyğunlaşdırılır. Son dəyişikliklərdən birinə əsasən, Baş nazir Əli Əsədov tərəfindən imzalanan qərarla “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”na yeni, 6.46-cı bənd əlavə olunub. Bu dəyişiklik nəticəsində bakalavriat səviyyəsində “Daşınmaz əmlakın idarə olunması” ixtisası da rəsmi şəkildə ixtisaslar siyahısına daxil edilib. 
Bu barədə təhsil eksperti Ramin Nurəliyev Demokrat.az-a açıqlama verib.
O deyib ki, müasir dövrün tələbinə uyğun olaraq yeni ixtisasların açılması, eləcə də artıq əmək bazarında müəyyən məhdudiyyətləri olan və yaxud əmək bazarında artıq tələb olunmayan ixtisasların da çıxarılması həyata keçirilir:
“Bizdə də, əlbəttə ki, müasir dövrlə ayaqlaşaraq yeni ixtisasların təsnifat mərhələsində müəyyən dəyişiklik olunması zəruridir. Hazırda “Daşınmaz əmlakın idarə olunması” ixtisasının formalaşması hesab edirəm ki, daşınmaz əmlak sahəsində həqiqətən də Azərbaycanda çox böyük işlər görülür və bu istiqamətdə müəyyən qədər töhfə verəcək. Əslində bizdə “Daşınmaz əmlakın kadastrı”, “Yerquruluşu və daşınmaz əmlakın kadastrı” ixtisasları var idi. Bu ixtisasların istiqaməti bir qədər fərqli idi. Yəni burada əsasən daşınmaz əmlak qurumlarında fəaliyyət göstərənlər, xüsusilə torpaqşünaslıq, yerlərin müəyyən olunması və təyinatının həyata keçirilməsi istiqamətinə uyğun idi. Amma “Daşınmaz əmlakın idarə olunması” ixtisası da yerində və doğru bir addımdır. Bu, çox gözəl bir təşəbbüsdür. Artıq bəzi ixtisaslarda müəyyən dəyişikliklərə ehtiyac var. Bəzi ixtisasların ümumilikdə Azərbaycandan çıxarılması, bəzi ixtisasların isə əlavə olunması lazımdır”. 
O bildirib ki, məsələn, kənd təsərrüfatına aid ixtisaslar yaxın gələcəkdə çox böyük perspektiv qazanacaq:
“Çünki süni intellekt bir çox sahələri əhatə etdikcə, kənd təsərrüfatı sahəsinə tələbat artacaq. Süni intellekt bir çox ixtisasa təsir edəcək və bəzi mütəxəssislər ixtisara düşə bilər. Bu halda insanlar alternativ fəaliyyət sahəsi kimi kənd təsərrüfatına yönələ bilərlər. Növbəti 10 il ərzində süni intellektin inkişafı ilə paralel olaraq bu sahəyə tələbat artacaq. Bu səbəbdən də kənd təsərrüfatı üzrə yeni ixtisasların açılması məqsədəuyğundur və artıq bu istiqamətdə müəyyən addımlar atılıb. Qida sənayesi istiqamətində də dünyada ciddi tələbat mövcuddur. Məsələn, Türkiyədə bu sahə çox uğurla inkişaf edib. Bizdə də yaxın gələcəkdə qida sektoruna böyük ehtiyac yaranacaq. Ona görə də “Qida sənayesinin idarə olunması” ixtisasını uyğun hesab edirəm. Düzdür, “Qida mühəndisliyi” ixtisası var, lakin bu sahə daha çox istehsal yönümlüdür, “Qida sənayesinin idarə olunması” isə ümumi idarəetmə aspektini əhatə edir. “Yazılım mühəndisliyi” də hazırda ən çox tələb olunan ixtisaslardan biridir. Bu sahə xüsusilə müdafiə sənayesi üçün önəmlidir. Məsələn, pilotsuz uçuş aparatlarının (PUA) istehsalı artıq həyata keçirilir və bu sahədə proqram təminatı əsas rol oynayır. “Yazılım mühəndisliyi” uçuş aparatlarının, raketlərin və digər texnologiyaların “beyni”nin yazılmasını təmin edir. Bu sahə Türkiyə, Avropa, Amerika və Yaponiyada ciddi inkişaf edib və bizdə də bu istiqamətə diqqət artırılmalıdır”.
O diqqətə çatdırıb ki, “Süni intellekt” ixtisası artıq dövrün tələbidir və bu ixtisasın açılması zəruridir:
“Eyni zamanda “Tibbi diaqnostika” ixtisasının da ayrıca tədrisi vacibdir. Çünki UZİ, MRT kimi müayinələri həyata keçirən ayrıca ixtisaslaşmış mütəxəssislərə ehtiyac var. Həkimlər bu prosedurları yerinə yetirmir, yalnız nəticələri qiymətləndirirlər. Ona görə də bu sahədə ixtisaslaşma vacibdir. Bəzi ixtisaslara gəldikdə isə, məsələn “Meşəçilik” ixtisasını artıq o qədər də perspektivli hesab etmirəm. Çünki “Ekologiya mühəndisliyi” kimi daha geniş sahə mövcuddur və bu ixtisasın sayını azaltmaq olar. “Genetika” isə mütləq ayrıca ixtisas kimi tədris olunmalıdır. Bu sahə artıq dünyada geniş inkişaf edib və qida sənayesindən tutmuş tibbi sahəyə qədər geniş tətbiq olunur. Genetik dəyişikliklər və digər proseslər bu sahənin əhəmiyyətini artırır. Eyni zamanda, əgər süni intellekt orta ümumtəhsil məktəblərində tədris olunacaqsa, bu sahə üzrə müəllimlərə də ehtiyac olacaq. Bu baxımdan “Süni intellekt müəllimliyi” ixtisasının yaradılması məqsədəuyğun ola bilər. Bu, informatika müəllimliyindən fərqli və daha spesifik sahədir. Digər tərəfdən, ali təhsil müəssisələrində “Tibb bacısı” ixtisasının bakalavriat səviyyəsində tədrisini o qədər də perspektivli hesab etmirəm. Çünki bu ixtisas artıq kolleclərdə mövcuddur. Dörd illik ali təhsil səviyyəsində bu ixtisasın saxlanılması əvəzinə, onun yerinə “Genetika” kimi daha perspektivli sahənin əlavə olunmasını daha məqsədəuyğun hesab edirəm. Eyni zamanda, üçüncü ixtisas qrupunda bakalavriat səviyyəsində “Fəlsəfə” ixtisasını da o qədər perspektivli hesab etmirəm. Bu ixtisas daha çox magistratura səviyyəsində tədris oluna bilər və bakalavriat səviyyəsindən çıxarılması daha doğru olar”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Aprel 2026 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri