Bu kəndin yarısı Azərbaycana verilib: bayraq sancılıb Mirzoyan
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Tiqranaşendə (Kərki - red.) olarkən Şurnuxuda baş verənlər yadıma düşdü.
Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin “Güclü Ermənistan” fraksiyasının deputatı Anuş Mirzoyan deyib.
O bildirib ki, Şurnuxunun yarısı Azərbaycana təhvil verildisə, deməli, yekunda Kərki də qaytarılacaq:
“Şurnuxuda 10-dan çox evin damına Azərbaycan bayrağı sancılıb. Biz kəndin başındayıq, aşağısında isə Azərbaycan lövhəsi var. O vaxt hökumət nümayəndələri “döyüş olmasın deyə, bu ərazini verməliyik”, – dedilər. Nəticədə kənd ikiyə bölündü və yarısı Azərbaycana verildi”, – deputat bildirib.
Qeyd edək ki, Şurnux kəndinin bir hissəsinin Azərbaycana qaytarılması 2021-ci ildə Ermənistan-Azərbaycan dövlət sərhədinin dəqiqləşdirilməsi prosesi çərçivəsində həyata keçirilib. Sərhədin müəyyənləşdirilməsi zamanı GPS koordinatlarından, eləcə də sovet dövrünə aid xəritələrdən istifadə olunub. Bu proses nəticəsində kəndin Azərbaycan ərazisində yerləşən hissəsi üzrə dövlət sərhədinin xətti dəqiqləşdirilib və ərazi Azərbaycanın nəzarətinə keçib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 16 Sentyabr 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















