Icma.az
close
up
RU
Bu kərə yağı ilə bağlı şok İDDİA: Tapdalanıb qablaşdırılır? VİDEO

Bu kərə yağı ilə bağlı şok İDDİA: Tapdalanıb qablaşdırılır? VİDEO

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən gün sosial şəbəkələrdə kərə yağı ilə bağlı narahatedici görüntülər yayılıb. İddialara görə, gigiyenik qaydalara zidd şəkildə qablaşdırılan bu məhsul Ukrayna istehsalı olan və Azərbaycanda da satışda olan "Tulçinka" markalı kərə yağıdır.

Milli.Az xəbər verir ki, görüntülərdə iki nəfərin böyük həcmdə yerə tökülmüş yağı ayaqları ilə tapdaladığı, daha sonra isə onu kürəklə yerdən yığaraq qablaşdırmağa çalışdığı əks olunur.

Kadrlarda hadisənin hansı müəssisədə və hansı ölkədə çəkildiyi dəqiq müəyyən edilməyib. Lakin məhsulun Azərbaycanda da geniş istifadə olunması bu görüntülərin istehlakçılar arasında ciddi narahatlıq doğurmasına səbəb olub. İctimaiyyətdə belə bir sual yaranıb: görəsən, yayılan videodakı məhsul həqiqətən də marketlərdən aldığımız yağdırmı?

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, müasir istehsal və qablaşdırma texnologiyalarını nəzərə alsaq, sözügedən video həqiqəti əks etdirmir və saxta xarakter daşıyır:

"Bu cür görüntülər bəzən istehsalçılar arasındakı rəqabətdən qaynaqlana bilər. Bazara çıxarılan hər hansı yağın bu formada istehsalı mümkün deyil. Belə bir halın hansısa ölkədə baş verməsi real görünmür".

E. Hüseynov qeyd edib ki, "Tulçinka" markalı yağlarla bağlı əsas problem məhsulun etiketində "bitki yağı qarışığı" ifadəsinin yer alması, lakin konkret olaraq hansı bitki yağından istifadə olunduğunun göstərilməməsidir. Onun sözlərinə görə, istehlakçılar bu məsələ ilə bağlı tez-tez müraciət edir:

"Biz iki il əvvəl bu barədə AQTA-ya rəsmi müraciət etmişik ki, etiketdə bitki yağının mənşəyi açıq şəkildə göstərilsin. Təəssüf ki, məsələ hələ də həllini tapmayıb".

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:345
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 Mart 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri