Icma.az
close
up
RU
“Bu kompleks tədbirlər nəticəsində biz tarixi zəfərə gəlib çatdıq”

“Bu kompleks tədbirlər nəticəsində biz tarixi zəfərə gəlib çatdıq”

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

“Azərbaycan Prezidenti İlham Əliyevin adı Azərbaycan tarixində həmişə zəfərlə bərabər çəkiləcək. Çünki xalqımızın 2 əsr boyu həsrət qaldığı ümummilli bir zəfərə məhz Prezident İlham Əliyev imza atdı və Azərbaycan xalqını qalib xalqa, Azərbaycan Ordusunu qalib orduya çevirməyi bacardı. Amma biz bilirik ki, xalq, ordu, dövlət öz-özünə qalib olmur. Hər şeydən öncə bu qalibiyyəti, zəfəri əldə etmək üçün böyük siyasi uzaqgörənliyə, siyasi müdrikliyə, güclü idarəetmə qabiliyyətinə, milli gücü səfərbər etmək istedadına, milli maraqları qorumaq qətiyyəti və əzminə sahib olmaq lazımdır. Bu keyfiyyətlərin hamısı Azərbaycan Prezidentində var. Azərbaycan Prezidenti əslində qalibiyyətə gedən yolun böyük bir hissəsinin memarıdır. Həm siyasi, həm hərbi, həm diplomatik memarıdır”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu vurğulayıb ki, müstəqil Azərbaycan dövlətinin dövlətçilik əsaslarını böyük dövlət xadimi Ulu öndər Heydər Əliyev yaratdı, amma çox sürətlə dəyişən qlobal şərtlər içərisində millətimiz və dövlətimiz qarşısında qalibiyyəti əldə etmək üçün böyük fədakarlıq, əzmkarlıq və uzaqgörənlik lazım idi: “Buna görə düşünürəm ki, Azərbaycan Prezidenti məhz bunların öhdəsindən gəlməyi bacardı. Hər şeydən öncə Prezident İlham Əliyev iki mühüm strateji qərar qəbul etdi. Bunlardan biri Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində yerinin və rolunun artırılması, güclü institutlara, Avropa institutlarına və qeyri-Avropa institutlarına Azərbaycanın inteqrasiya olunması və dünya siyasətini təyin edən güclər tərəfindən Azərbaycanın qəbul olunması. Məncə Azərbaycanın kommunikasiya və böyük iqtisadi layihələri, bundan başqa ölkəmizin multikultural, hüquqi, demokratik bir ölkə olmasının dünyaya qəbul etdirilməsi bu iki əsas məsələdən biri idi. İkincisi, güclü iqtisadiyyat yaratmaqla, güclü ordu qurmaqla bu orduda xidmət göstərəcək vətəndaşlarımızın milli vətənpərvərlik ruhunda tərbiyə olunması. Göründüyü kimi, bu iki istiqamətdə həm milli-mənəvi, həm də siyasi-iqtisadi komponentlər var. Dolayısı ilə, kompleks tədbirlər nəticəsində biz bu tarixi zəfərə gəlib çatdıq və bunun da həm təşkilatçısı, həm icra edicisi, həm də ideoloji və siyasi memarı Azərbaycan Prezidenti İlham Əliyevdir”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 23 Dekabr 2024 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri