Icma.az
close
up
RU
Bu kurslara xəbərdarlıq edildi Qəti addımlar atılacaq

Bu kurslara xəbərdarlıq edildi Qəti addımlar atılacaq

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Azərbaycanda müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyəti dövlət nəzarətindədir və müəyyən edilmiş tələbləri pozan kurslara xəbərdarlıq edilir, pozuntular 14 gün ərzində aradan qaldırılmadıqda isə onların fəaliyyəti dayandırılır.

Müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətinə nəzarəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir. Dini qurumlar belə kurslar yaratdıqda bu barədə Komitəyə məlumat verməlidirlər.

Məlumatda kursu yaradan dini qurumun adı, hüquqi ünvanı, dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin nömrəsi və verilmə tarixi göstərilməlidir. Həmçinin kursun dinləyicilərinin siyahısı, onların şəxsiyyətini təsdiq edən sənədlərin nömrəsi və verilmə tarixi, şəxsiyyət vəsiqələrinin surətləri təqdim edilməlidir.

Kurslarda dərs deyən müəllimlərin siyahısı, onların dini təhsili haqqında sənədlərin nömrəsi və verilmə tarixi, həmin sənədlərin surətləri, eləcə də kursun yaradılmasına dair müvafiq dini mərkəzin və ya idarənin razılıq məktubunun nömrəsi və tarixi də Komitəyə təqdim olunan məlumatda əksini tapmalıdır.

Kursların tədris proqramları barədə də Komitəyə məlumat verilməsi tələb olunur. Kursların fəaliyyəti haqqında isə ildə bir dəfə məlumat təqdim edilməlidir.

Qaydalara əsasən, kurslarda yalnız müqəddəs kitablar, o cümlədən Qurani-Kərim, İncil və Tövrat öyrənilə bilər. Gün ərzində təlim müddəti iki saatdan çox ola bilməz, kursların ümumi müddəti isə bir ildən artıq müəyyən edilə bilməz.

İslam təmayüllü dini icmaların təşkil etdiyi kurslarda dərslər Azərbaycanda təhsil almış, ali və ya orta dini təhsili olan Azərbaycan vətəndaşı tərəfindən aparılmalıdır. Qurani-Kərimin öyrənilməsi kurslarında tədris yalnız Azərbaycan dilində həyata keçirilməlidir.

Qeyri-islam təmayüllü dini icmaların təşkil etdiyi kurslarda isə dərsləri Azərbaycanda və ya xaricdə təhsil almış, ali və ya orta dini təhsili olan Azərbaycan vətəndaşı apara bilər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu kurslarda tədris prosesini həyata keçirməsinə icazə verilmir.

Kurslara yazılmaq və təlimlərdə iştirak etmək vətəndaşların dünyəvi təhsil almasına mane olmamalıdır. Həmçinin Komitənin yayılmasına razılıq vermədiyi dini ədəbiyyatın, əşyaların və dini məzmunlu digər məlumat materiallarının əyani vəsait kimi istifadəsinə yol verilmir.

Kursu uğurla başa vuran şəxslərə bunu təsdiqləyən müvafiq sənəd, o cümlədən şəhadətnamə və ya vəsiqə verilir. Kursların maliyyələşdirilməsi isə onları yaradan dini qurumların nizamnamələrinə uyğun həyata keçirilir.

Dövlət Komitəsi kursların fəaliyyətini, bir qayda olaraq, yarımildə bir dəfə planlı yoxlamalar əsasında yoxlayır. Yoxlamaların təqvim planında müddətlər və yoxlanılacaq kursların siyahısı göstərilir. Hər bir yoxlamanın müddəti üç gündən artıq olmamalıdır.

Kursların fəaliyyəti ilə bağlı normativ hüquqi aktların tələblərinin pozulması barədə dövlət orqanlarından, hüquqi və fiziki şəxslərdən müraciətlər daxil olduqda növbədənkənar yoxlamalar da keçirilə bilər.

Yoxlamalar Komitə sədrinin rəsmi qərarı, əmri və ya sərəncamı əsasında aparılır. Sənəddə yoxlamanı həyata keçirəcək şəxslər, yoxlanılacaq kurslar, tədbirin hüquqi əsasları, başlanma və başa çatma tarixləri göstərilməlidir.

Yoxlama zamanı kursu təşkil edən dini qurumun Komitədə dövlət qeydiyyatından keçib-keçmədiyi, müvafiq dini mərkəzin razılığının olub-olmadığı və kursun dini qurumun hüquqi ünvanında təşkil edilib-edilmədiyi araşdırılır.

Bundan başqa, kursun yaradılması barədə Komitəyə məlumat verilməsi, dinləyicilərin yaş həddi, tədrisin forma və məzmunu, müəllimlərin kimliyi və onların dərsləri hansı qaydada aparması yoxlanılır. Tədris proqramına riayət olunması və kursun dünyəvi təhsilə maneə yaratmaması da nəzarət tədbirlərinin əhatə etdiyi məsələlərdəndir.

Kurs rəhbərləri yoxlamanı həyata keçirən Komitə əməkdaşları üçün müvafiq şərait yaratmalıdırlar.

Kurslarda normativ hüquqi aktların tələblərinin pozulması aşkar edildikdə, pozuntuların aradan qaldırılması üçün 14 günlük müddət göstərilməklə yazılı xəbərdarlıq təqdim olunur. Həmin müddətdə pozuntular aradan qaldırılmadıqda kursun fəaliyyəti dayandırılır.

Fəaliyyətin dayandırılması Komitə sədrinin müvafiq sərəncamı ilə rəsmiləşdirilir. Sərəncamın surəti və kursun fəaliyyətinin dayandırılması barədə məktub kursu yaradan dini qurumun tabe olduğu dini mərkəzə və ya idarəyə göndərilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Oktyabr 2026 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri