Icma.az
close
up
RU
Bu liseydə rus sektoru bağlandı, SIRA məktəblərdə?

Bu liseydə rus sektoru bağlandı, SIRA məktəblərdə?

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verildiyi kimi, Bakıda fəaliyyət göstərən “Hədəf” Liseyində rus bölməsi üzrə 1-ci siniflərə qəbul dayandırılır. Liseyinin qurucu direktoru Şəmil Sadiq öz sosial şəbəkə hesabında məlumat verib. O bildirib ki, qərar yeni tədris ilindən etibarən qüvvəyə minəcək.

Şəmil Sadiqin sözlərinə görə, rus bölməsinə qəbulun dayandırılmasının iki əsas səbəbi var. Bunlar rus bölməsinə tələbatın azalması və liseyin bilingval – Azərbaycan-ingilis dilli təhsil modelinə keçidi ilə bağlıdır. Direktor bildirib ki, rus dili tamamilə ləğv edilmir və bundan sonra ikinci xarici dil kimi tədris olunacaq: “Biz təhsildə prioritetlərimizi yenidən müəyyənləşdiririk. Bu barədə ötən il ilkin mövqeyimizi bildirmişdik. Yeni təhsil modelimiz Azərbaycan və ingilis dilləri üzərində qurulub”, - deyə o qeyd edib.

Ş. Sadiq əlavə edib ki, hazırda rus bölməsində təhsil alan şagirdlər üçün heç bir dəyişiklik nəzərdə tutulmur: “İndiki şagirdlər 2-ci sinifdən etibarən əvvəlki proqram əsasında təhsillərini davam etdirəcəklər. Qərar yalnız yeni qəbul olunacaq 1-ci sinif şagirdlərinə şamil olunur”.

Azərbaycanda rus dilinə tələbat azalırmı? Belə bir qərar yaxın illərdə orta məktəblər üçün də qəbul oluna bilərmi?

Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi Musavat.com-a danışıb.

Mütəxəssis qeyd edib ki, Azərbaycanda son illər rus bölməsinə maraq açıq şəkildə azalmağa başlayıb:

“Bu tendensiya təsadüfi deyil və əsasən həmin bölmədə təhsil alan şagirdlərin əldə etdiyi akademik nəticələrin, yəni, ümumi təhsil göstəricilərinin aşağı olması ilə birbaşa bağlıdır. Məlum olduğu kimi, uzun illər ərzində rus bölməsində əsasən azərbaycanlı ailələr övladlarını qeydiyyata aldırırdılar. Halbuki bu uşaqların əksəriyyəti rus dilini ya ümumiyyətlə, bilmirdi, ya da çox zəif səviyyədə bilirdi. Nəticədə dil baryeri onların dərsləri mənimsəməsində ciddi problemlər yaradır, bu da ümumi təhsil səviyyəsinə mənfi təsir göstərirdi. Bu mənzərəni biz ali təhsil müəssisələrinə qəbul imtahanlarında da aydın şəkildə görə bilirik”.

Elçin Əfəndinin sözlərinə görə həm buraxılış, həm də blok imtahanlarının nəticələri göstərir ki, rus bölməsində oxuyan abituriyentlərin nəticələri əksər hallarda Azərbaycan bölməsi ilə müqayisədə daha aşağı olur:

“Bu fakt artıq tək-tük hallar deyil, sistemli bir problemin göstəricisidir. Ümumiyyətlə, rus bölməsinin yaradılmasının ilkin məqsədinə nəzər salsaq görərik ki, bu bölmə ölkədə yaşayan azsaylı xalqların, xüsusilə slavyan mənşəli rusdilli əhalinin öz ana dillərində təhsil almasını təmin etmək üçün nəzərdə tutulmuşdu. Lakin zamanla tamamilə fərqli və zidd bir tendensiya formalaşdı. Uzun illər valideynlər, real ehtiyac və zərurət olmadığı halda belə, övladlarının mütləq rus bölməsində təhsil almasına israr edirdilər. Bu isə rus bölməsində sinif sıxlığının normadan artıq olmasına gətirib çıxarırdı. Məsələn, normativlərə görə, bir sinifdə 25-30 şagird nəzərdə tutulduğu halda, rus bölməsində bu rəqəm 40–45-ə qədər yüksəlirdi. Belə şəraitdə isə təhsilin keyfiyyətinin aşağı düşməsi qaçılmaz olurdu”.

Ekspertin fikrincə, bu baxımdan “Hədəf” liseyində Şamil Sadiqin rus bölməsi ilə bağlı verdiyi qərar olduqca məntiqli və doğru addımdır:

“Bu qərar təkcə pedaqoji deyil, eyni zamanda, milli mövqenin, öz dilinə, öz vətəninə bağlılığın açıq ifadəsidir. Üstəlik, artıq konkret olaraq Azərbaycan-ingilis dili təhsil modelinə keçidin prioritet kimi elan edilməsi də son dərəcə əhəmiyyətlidir. Hesab edirəm ki, istər dövlət, istərsə də özəl təhsil müəssisələrində bu modelə daha çox üstünlük verilməlidir”.

Mütəxəssis, həmçinin, vurğulayıb ki, rus dilinin geniş şəkildə tədrisi və yayılması ilk növbədə Rusiyanın maraqlarına xidmət edən bir amildir:

“Biz bunu dəfələrlə görmüşük ki, Rusiya postsovet məkanında və ondan kənarda rus dilini “təhdid dili” kimi istifadə edir. Harada rusdilli əhali varsa, Rusiya həmin əraziləri ya öz vətəndaşlarının yaşadığı məkan, ya da potensial təsir zonası kimi təqdim edir. Bu isə istənilən müstəqil dövlət üçün real təhlükədir. Qazaxıstan və Ukrayna nümunələri bu təhlükənin nə qədər ciddi olduğunu açıq şəkildə göstərdi. Məhz buna görə də, imkan daxilində azərbaycanlı ailələrin rus bölməsindən uzaq durması son dərəcə vacibdir. Rus bölməsi yalnız həqiqətən rusdilli olan azsaylı xalqlar üçün saxlanıla bilər. Dövlət təhsil müəssisələrində bu prosesin tədricən aparılacağı gözləniləndir və ehtimal etmək olar ki, qarşıdakı 3–4 il ərzində rus bölməsinə müraciət edənlərin sayı xeyli azalacaq”.

Elçin Əfəndi bir mühüm faktı da xüsusi olaraq qeyd edib:

“Hazırda təxminən 100 min nəfərə yaxın şagird rus bölməsində təhsil alır. Onların yalnız müəyyən bir hissəsi rusdilli xalqların nümayəndələridir, böyük əksəriyyəti isə azərbaycanlılardır. Bir çox hallarda azərbaycanlı valideynlər rus bölməsini ya “prestij” xatirinə, ya da bir-birinə özlərini təqdim etmək üçün seçirlər və bunu rus dilini öyrənmək məqsədi ilə əsaslandırırlar. Lakin reallıq ondan ibarətdir ki, rus ideologiyasının rusdilli təhsil vasitəsilə təsiri açıq və aydın şəkildə hiss olunur. Bu səbəbdən valideynlər bilməlidirlər ki, rus bölməsində övladlarını yalnız rus dili ilə tanış etmirlər, eyni zamanda, onları rus ideoloji mühitində formalaşdırırlar. Məsələyə məhz bu prizmadan yanaşmaq və gələcək nəsillərin milli kimliyini, dilini və düşüncə tərzini qorumaq baxımından daha məsuliyyətli qərarlar vermək son dərəcə vacibdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:321
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Yanvar 2026 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri