Icma.az
close
up
RU
Bu məhsullar bahaşalacaq AÇIQLAMA

Bu məhsullar bahaşalacaq AÇIQLAMA

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrail və İran arasında artmaqda olan qarşıdurma, təkcə regional təhlükəsizlik üçün deyil, həm də qlobal enerji bazarları üçün ciddi təhdidə çevrilib. Bu proses fonunda neftin qiymətində kəskin artımlar müşahidə olunur. Belə bir şəraitdə Azərbaycan neftinin də bahalaşması diqqətdən yayınmayıb. 

Bu artım eyni zamanda, ərzaq məhsullarına və ya logistik sahəyə də təsir edə bilərmi?

Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisad elmlər doktoru, professor, Milli məclisin IV çağırış millət vəkili Rüfət Quliyev ümumi mənzərəyə nəzər yetirdikdə, bəşəriyyətin sanki nəzarəti itirdiyinin təəssüratı yarandığını deyib. 

Onun sözlərinə görə, hazırda dünyanın müxtəlif bölgələrində silahlı qarşıdurmalar davam edir:

“Təkcə İsrail–İran və Rusiya–Ukrayna münaqişələri ilə məhdudlaşmayan bu proses, hazırda 20-yə yaxın ölkəni müharibə şəraitində yaşamağa məcbur edib. Bəzi münaqişələr daha da şiddətlənməkdədir, bəziləri isə hələlik gərginlik mərhələsində olsa da, eskalasiya potensialı yüksəkdir”.

İqtisadçının fikrincə, enerji resursları – neft, qaz və digər strateji məhsullar üzrə qiymət artımları davam edəcək:

“Çünki İsrail–İran arasında hərbi gərginlik artan xətt üzrə inkişaf edir və bu, qlobal enerji bazarlarına birbaşa təsir göstərir. Bundan əlavə, logistik və nəqliyyat xərclərinin də yüksələcəyi gözlənilir. İran ərazisində yerləşən əsas dəniz qovşaqlarından biri olan Bəndərabbasa artıq raket zərbələri endirilib. Bu, təkcə Azərbaycan üçün deyil, bir çox region ölkələri üçün də ciddi iqtisadi risklər yaradır”.

R.Quliyev əlavə edib ki, mövcud dinamika göstərir ki, neft və qazın qiymətində artım tendensiyası müşahidə olunur:

“Bunun mənfi tərəfi ondan ibarətdir ki, bu dəyişikliklərə hazır olmayan ölkələr üçün iqtisadi çətinliklər qaçılmaz olacaq. Enerji daşıyıcılarının bahalaşması, həm kənd təsərrüfatı, həm də sənaye sektorunda məhsulların maya dəyərinə təsir edir. Bu da öz növbəsində inflyasiyanın ümumi səviyyəsini artırır.
Qarşıdakı iki həftə ərzində proseslərin taleyi müəyyənləşəcək. Burada əsas rol ABŞ-ın mövqeyindən asılıdır. Rusiya və Çin artıq öz münasibətlərini ortaya qoyublar – hər iki dövlət müharibənin əleyhinədir. Bu baxımdan, son söz yenə də Vaşinqtona məxsusdur. Əgər ABŞ qarşıdurmaya birbaşa müdaxilə etməz və diplomatik həll yollarını dəstəkləyərsə, münaqişənin böyüməsinin qarşısını almaq mümkün ola bilər. Lakin bu barədə dəqiq proqnoz vermək hələ tezdir”.

Müsahibimiz qeyd edib ki, İran ərazisində 30 milyondan çox etnik azərbaycanlı yaşayır və çoxu ərəb ölkələrinə üz tutacaq:

“Onların imkanlı təbəqəsi ehtimal ki, ərəb ölkələrinə və Avropaya üz tutacaq. Ancaq imkansız əhali daha çox Azərbaycanda məskunlaşmağa çalışacaq. Əgər bu axın 5–10 min nəfərlə məhdudlaşsa, dövlət büdcəsi və idarəetmə sistemi bu yükü qaldıra bilər. Lakin say 200–300 min nəfərə çatarsa, bu, ölkəmiz üçün ciddi sosial və iqtisadi problemlər yaradacaq. Sonda qeyd etmək istəyirəm ki, beş il əvvəl quru sərhədlərin bağlı saxlanılması ilə bağlı qəbul edilən qərar, siyasi baxımdan çox uzaqgörən və düzgün addım idi”.

Fidan Hacızadə
Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://sfera.az
archiveBu xəbər 20 İyun 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1415

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see703

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see552

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see541

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see464

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see455

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see442

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see442

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see406

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see373

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see345

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see305

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see298

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see292

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see286

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see276

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see275

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see251

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see248

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see248
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri