Icma.az
close
up
RU
Bu məhsullar ucuzlaşa bilər Vacib AÇIQLAMA

Bu məhsullar ucuzlaşa bilər Vacib AÇIQLAMA

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yay mövsümü olsa da, Azərbaycanda hava şəraiti hələ də qeyri-sabit olaraq qalır. İyunun son günlərində müşahidə olunan yağışlar, bəzi ərazilər üçün verilən dolu proqnozu xüsusilə əkinçiliklə məşğul olan insanları narahat edir. Bu dövrdə bostan və tərəvəz sahələrində məhsul yetişdiyini nəzərə alsaq, belə hava şəraitinin məhsuldarlığa necə təsir göstərəcəyi maraq doğurur.

İyun ayının sonlarında yağan yağış və bəzi bölgələrdə gözlənilən dolu bostan və tərəvəz əkinlərinə necə təsir edə bilər? Bu cür hava şəraiti fermerlər üçün daha çox faydalıdır, yoxsa məhsul itkisi riski yaradır?

Globalinfo.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyib ki, gedişat bundan sonra da belə olacaq:

“Bu, qlobal istiləşmənin yaratdığı problemlərdən biridir. İntensiv yağışlar yağacaq, ardınca dolu düşəcək. Yəni proses davam edəcək. Bunun qarşısını tam almaq üçün hər hansı effektiv addım görünmür. Ona görə də havaların tez-tez və kəskin dəyişməsini bundan sonra da müşahidə edəcəyik. İndi əsas məsələ buna adaptasiya olmaq və uyğunlaşmaqdır. Elə tədbirlər görülməlidir ki, intensiv yağışlar kənd təsərrüfatına mümkün qədər az ziyan vursun. Doluya gəldikdə isə, təbii ki, onun zərəri var. Dolu əsasən dağlıq və dağətəyi rayonlarda müşahidə olunur. Bu ərazilərdə kənd təsərrüfatı Aran bölgəsi ilə müqayisədə o qədər də geniş inkişaf etməyib. Ona görə də ümumi ziyanın miqyası çox böyük olmur”.

V.Məhərrəmlinin sözlərinə görə, yağışın həm mənfi, həm də müsbət tərəfləri var:

“Məsələn, bu il yağan yağışlar bitkiçilikdə məhsuldarlığın artmasına səbəb olub. Görürük ki, ot istehsalı artıb. Eyni zamanda yerlərlə apardığımız əlaqələr göstərir ki, taxıl istehsalında da bu il artım gözlənilir. Bu da məhz yağıntıların bol olması ilə bağlıdır. Çünki Azərbaycanda həm ümumi su təminatı, həm də suvarma suyu ilə bağlı problemlər mövcuddur. Buna görə də yağışlar xüsusilə taxılçılıq və yemçilik üçün böyük əhəmiyyət daşıyır. Bu iki sahə ölkə üçün strateji əhəmiyyətə malikdir. Taxıl həm ərzaq təhlükəsizliyinin təmin edilməsində, həm də heyvandarlığın yem bazasının formalaşmasında mühüm rol oynayır. Güclü yem bazası isə ət və süd istehsalının artmasına şərait yaradır”.

Ekspertin sözlərinə görə, əgər bundan sonra ciddi təbii fəlakətlər baş verməzsə, bu il buğda istehsalının əvvəlki illərlə müqayisədə daha çox olacağı gözlənilir:

“Belə davam edərsə, ət və süd istehsalında da müəyyən artım müşahidə oluna bilər. Amma bu, təkcə təbiətin bəxş etdiyi üstünlük deyil. İstehsalçılar da aqrotexniki qaydalara düzgün əməl etməlidirlər”.

Vahid Məhərrəmli qeyd edib ki, dolunun mənfi təsirləri də var:

“Dolu bitkilərin budaqlarını sındırır, meyvələri tökür, tərəvəz əkinlərinə ciddi ziyan vurur, bəzən isə onları tamamilə məhv edir. Bundan başqa, hazırda məhsul yığımı mövsümüdür. Yağışlar yığım prosesini ləngidir. Yetişmiş tərəvəz və meyvələr vaxtında yığıla bilmir. Beləliklə, həm məhsula zərər dəyir, həm də yığım prosesi gecikir”.


Vahid Məhərrəmli

Meyvə-tərəvəzin, eyni zamanda ət və süd məhsullarının qiymətinin ucuzlaşması məsələsinə gəlincə, ekspert deyib ki, ucuzlaşma mümkündür:

“Mən sizi əmin edirəm ki, Azərbaycan istehsal etdiyi məhsulların böyük hissəsi ilə daxili tələbatı ödəyə bilir. Əgər məhsulun müəyyən hissəsi ixrac olunmasa, daxili bazarda qiymətlər daha münasib olar. Məsələn, biz pomidorun böyük hissəsini Rusiyaya ixrac edirik. Daxili bazarda qiymətin yüksəlməsinin səbəblərindən biri də budur. Mən Rusiya bazarını mütəmadi izləyirəm, oradakı qiymətlərlə maraqlanıram. Hazırda Moskva bazarında Azərbaycan pomidoru bəzi hallarda Bakıdakından daha ucuz satılır. Bunun səbəbi odur ki, Rusiyada artıq yerli məhsul bazara çıxıb və Azərbaycan pomidoruna əvvəlki qədər tələbat yoxdur. Əgər hökumət ixrac siyasətini düzgün tənzimləsə, Azərbaycanda pomidorun, digər meyvə və tərəvəzlərin, ətin qiyməti daha münasib olar. Bu həm istehlakçılar, həm də sahibkarlar üçün faydalıdır. Xaricə məhsul göndərmək əlavə nəqliyyat, logistika və satış xərcləri yaradır. Məhsul daxili bazarda satılarsa, həmin əlavə xərclər olmayacaq və sahibkar yenə də qazanc əldə edə bilər”.

Vahid Məhərrəmli süni qiymət artımından da söz açıb:

“Hazırda bəzi vasitəçilər kəndlidən və fermerdən məhsulu çox ucuz qiymətə alır, soyuducu anbarlarda saxlayır, sonra isə daha baha qiymətə satışa çıxarırlar. Məhsulun əsas hissəsini də xarici bazarlara, xüsusilə Rusiyaya yönəldirlər. Hesab edirəm ki, hökumət ilk növbədə daxili bazarı qorumalıdır. Azərbaycansan Rusiyaya aparılan gilas orada daha ucuzdur. Sual yaranır: niyə Azərbaycan vətəndaşı Bakıda gilası Moskvadakı qiymətdən daha baha qiymətə almalıdır? Bu məsələnin tənzimlənməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olmalıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 İyun 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see268

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see234

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see219

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see212

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see212

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see212

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see209

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see205

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see204

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

FHN kollektivi Zəfər parkında Fotolar+Video

27 Sentyabr 2026 16:17see161

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri