Icma.az
close
up
RU
Bu məhsulları qida rasionuna ƏLAVƏ EDİN

Bu məhsulları qida rasionuna ƏLAVƏ EDİN

News24 saytına istinadən Icma.az xəbər verir.

Sağlamlığın qorunması üçün təkcə “zərərli qidaları” rasiondan çıxarmaq kifayət etmir. Eyni zamanda “faydalı qidalar” da menyuya əlavə edilməlidir.

News24.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşrinə danışan ailə nutrisoloqu Antonina Tsvinariya məlumat verib.

Onun sözlərinə görə, orqanizmin normal fəaliyyəti üçün böyüklər gündə 25–30 qram lif (kletçatka) qəbul etməlidir. “Lif tərəvəzlərdə, göyərtilərdə, giləmeyvələrdə, kətan və çia toxumlarında, paxlalılarda, qarabaşaqda, kinoa və qəhvəyi düyüdə mövcuddur. Lif xolesterini azaldır, şəkəri stabilləşdirir və mikrobiotanı qidalandırır”, – deyə nutrisoloq bildirib.

Tərəvəz və giləmeyvələr arasında antioksidantlarla zəngin olanlar çoxdur. Məsələn, çiyələk və ispanaq bu maddələrlə zəngindir. Antioksidantlar həmçinin yaşıl çayda, zərdəçal (kurkuma) və sarımsaqda da mövcuddur. Bu maddələr hüceyrələri oksidləşdirici stressdən qoruyur, qocalma prosesini ləngidir və bərpanı sürətləndirir.

Mütəxəssis qeyd edib ki, skumbriya, sardina və somon kimi yağlı balıq növləri omeqa-3 yağ turşuları ilə zəngindir. Bu turşular iltihab əleyhinə təsir göstərir, qandakı lipid balansını yaxşılaşdırır və beyni qoruyur. Yağlı balığın mütəmadi qəbulu ürək-damar xəstəliklərindən ölüm riskini 16–18% azaldır.

İmmunitetin güclü olması üçün rasiona fermentasiya olunmuş məhsulların – turş kələm, təbii yoqurt, kimçi və misonun əlavə olunması tövsiyə edilir. Bu məhsullar mikrobiotanı zənginləşdirir və həzmə kömək edir.

Antonina Tsvinariya bildirib ki, qidalanmanın ən vacib komponentlərindən biri də zülaldır. “Zülal hormonların, fermentlərin və immun hüceyrələrinin qurulmasında əsas materialdır. Onun çatışmazlığı zamanı əzələ kütləsini saxlamaq, enerjini qorumaq və maddələr mübadiləsinin çevikliyini təmin etmək çətinləşir”, – deyə o vurğulayıb.

Nutrisoloqun sözlərinə görə, yüksək bioloji əlçatanlığa malik zülal yumurta, balıq, toyuq, hinduşka və paxlalılarda olur. Mütəxəssis həmçinin bildirib ki, sağlam qidalanma qadağalarla deyil, düzgün prioritetlərlə bağlıdır./Bizim.Media 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://news24.az
archiveBu xəbər 19 İyun 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see927

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see389

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see340

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see328

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see305

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see297

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see260

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see258

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see239

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see214

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see213

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see209

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see201

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see200

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see200

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see199

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see184

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see179

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri