Icma.az
close
up
RU
Bu məqaləni oxumaq belə... Kompüter Alimlər insan düşüncəsinin sürətini ölçdülər: Təəccüblü nəticələr

Bu məqaləni oxumaq belə... Kompüter Alimlər insan düşüncəsinin sürətini ölçdülər: Təəccüblü nəticələr

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Alimlərin tapıntılarına görə, insan beyni məlumatı saniyədə cəmi 10 bit sürətlə emal edir. Bu rəqəm kompüterlərin saniyədə trilyonlarla əməliyyat yerinə yetirmək qabiliyyəti ilə müqayisədə kifayət qədər aşağı görünür.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, araşdırmalara görə, bunu düşüncələrin beyində tək cərgədə işlənməsi ilə izah etmək olar. Bu iş tərzi informasiya axınında lənglik və tıxac yaradır.

Beynin bu yavaş emal qabiliyyəti periferik sinir sisteminin gigabit səviyyəli paralel məlumat toplama sürəti ilə müqayisədə olduqca aşağıdır.

Kaliforniya Texnologiya İnstitutundan neyrobioloqlar Jieyu Çeng və Markus Meyster sensor giriş və koqnitiv emal sürəti arasındakı bu uyğunsuzluğu sirr hesab edirlər. Onlar bildirirlər ki, hisslərimiz hər an trilyonlarla bit məlumatı toplayarkən, beynimiz ətrafımızı qəbul edir və bu məlumatın yalnız 10 bitindən istifadə edərək qərar verir.

Çeng və Meyster bu yaxınlarda dərc etdikləri araşdırmada insan beyninin təəccüblü dərəcədə yavaş işlədiyini iddia edirlər. Onlar bildirirlər ki, foto yaddaş və ya şüursuz emal qabiliyyətinə baxmayaraq, beynimiz ümumiyyətlə saniyədə onlarla bitdən çox emal etmir.

Məsələn, bir Rubik kubunu gözləri bağlı vəziyyətdə həll etmək təxminən 12 bit emal tələb edir. "StarCraft" strategiya oyununu peşəkar səviyyədə oynamaq saniyədə 10 bit əməliyyatdan asılıdır.

Hətta bu məqaləni oxumaq sizi müvəqqəti olaraq saniyədə 50 bit işləməyə məcbur edə bilər. Təxminən 80 milyard neyrondan ibarət olan insan beyninin mürəkkəb quruluşu onu qeyri-adi analiz gücü ilə təchiz edir.

Lakin Çeng və Meyster, beynimizin daha sürətli işləməməsinin səbəbinin sadəcə "lazım deyil" olması ola biləcəyini təklif edir. Tədqiqatçılar izah edirlər: "Əcdadlarımız dünyada dəyişikliklərin kifayət qədər ləng olduğu və sağ qalmağın mümkün olduğu ekoloji niş seçiblər".

Onlar qeyd edirlər ki, əksər hallarda ətrafımızdakı dəyişikliklərin sürəti saniyədə cəmi bir neçə bit qərar qəbul etmək ehtiyacı yaradır. İnsan beynindəki bu darboğazı aradan qaldırmaq üçün texnoloji tərəqqi yolu ilə idrak proseslərimizi kompüterlərin paralel emal gücü ilə birləşdirmək mümkün ola bilər.

Bu proses həm də süni intellektin inkişafı və insan beyni ilə uyğunlaşması baxımından əhəmiyyətli fikirlər verə bilər. Eyni zamanda, bu araşdırma dünyanı daha sadə suallarla və daha yavaş templə dərk etməyin dəyərini anlamağa kömək edə bilər.

Bu araşdırma "Neuron" jurnalında dərc olunub.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Dekabr 2024 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri