Icma.az
close
up
RU
Bu mərhələdə səhv etmək olmaz Ağasəlim Mircavadov Qarabağ a inanır

Bu mərhələdə səhv etmək olmaz Ağasəlim Mircavadov Qarabağ a inanır

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

UEFA Avropa Liqasının II təsnifat mərhələsində "ÇSKA Sofiya"ya məğlub olan "Qarabağ" UEFA Konfrans Liqasında yoluna davam edəcək. "Köhlənlər"in 3-cü təsnifat mərhələsindəki rəqibi isə "Dinamo Kiyev"dir.

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq çalışdırıcısı Ağasəlim Mircavadovla əlaqə saxlayıb Polşada baş tutacaq ilk matçla bağlı düşüncələrini soruşduq.

Təcrübəli mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu: 

"Oyun səfərdə oynanılır, ancaq düşünürəm ki, "Qarabağ" üstün tərəf ola bilər. Komandamızın oyununa və futbol komponentlərinə əsasən bunu demək mümkündür. Buna baxmayaraq "Dinamo Kiyev" asan komanda deyil. Tarixi etibarı ilə də çox güclü komandalardandır. Ona görə çox arxayınlaşmaq olmaz. Kiyev təmsilçisinin güclü, sürətli və yaxşı potensiallı oyunçuları var. 
Matç Polşada oynanır. Ona görə də əslində bu amil rəqib üçün də çətinlik törədir. Azarkeş təsiri baxımından nəzərdə tuturam. Lakin onu da demək lazımdır ki, Polşada çoxlu ukraynalı miqrantlar var. Onlar əminəm ki, komandalarını dəstəkləməyə gələcəklər. 
Bu mərhələdə səhv etmək olmaz. Çünki "Qarabağ" üçün Avropada sonuncu etap ola bilər. Burada uduzsaq, turnirlə vidalaşırıq. 
Hər iki komanda hazır görünür. Ukrayna çempionatı başlayıb. Kiyev təmsilçisinin çempionatdakı ilk oyunu təxirə salınsa da, hiss olunur ki, adaptasiya olublar. "Qarabağ"da isə oyunçular yenidir, hələ heyətə tam öyrəşməyiblər. Amma "ÇSKA Sofiya" ilə Bolqarıstandakı oyunda daha balanslı komanda görmək mümkün idi. İnanıram ki, "Qarabağ" bu cütün qalibi olacaq".

Qeyd edək ki, "Qarabağ" ilə "Dinamo Kiyev" arasında  ilk duel isə bu gün Polşada baş tutacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Cavab oyunu isə 13 avqustda Bakıda keçiriləcək və saat 20:00-da başlayacaq. 

Əlisahib İbrahimli

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://fanat.az
archiveBu xəbər 06 Avqust 2026 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri