Icma.az
close
up
RU
Bu müğənniyə 112 milyon verilməlidir KONKRET

Bu müğənniyə 112 milyon verilməlidir KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Rusiya Ali Məhkəməsi müğənni Larisa Dolinanın Moskvanın Hamovniki rayonundakı mənzili ilə bağlı qalmaqallı iş üzrə mühüm qərar qəbul edib.

KONKRET.az xəbər verir ki, məhkəmə kollegiyası aşağı instansiyaların qərarlarını ləğv edərək işi yenidən baxılması üçün geri göndərib.

Qərara əsasən, mənzil Larisa Dolinanın mülkiyyətində qalacaq, lakin müğənni onu alan şəxsə — tək ana Polina Luryeyə 112 milyon rublu 2,1 milyon manat) geri qaytarmalı olacaq. Bununla belə, iş ikinci instansiyada yekun qərar verilənədək mənzil üzərində mülkiyyət hüququ müvəqqəti olaraq Polina Luryeyə məxsus hesab ediləcək. Sonradan isə mənzil yenidən Dolinanın adına rəsmiləşdiriləcək.

Xatırladaq ki, bundan əvvəl məhkəmələr sövdələşməni etibarsız saymış, Dolinanın dələduzların təsiri altında olduğunu əsas gətirərək mənzili ona qaytarmışdı. Alıcı Polina Lurye isə faktiki olaraq zərərçəkən vəziyyətdə qalaraq, pullarını geri almaq üçün dələduzları özü axtarmağa məcbur edilmişdi.

Ali Məhkəmə bu yanaşma ilə razılaşmayıb. Qərarda bildirilib ki, sövdələşmə etibarsızdırsa, “ikitərəfli restitusya” prinsipi tətbiq olunmalıdır: satıcı mənzili geri alırsa, alıcı da ödədiyi vəsaiti geri almalıdır.

Larisa Dolinanın müdafiə tərəfi məhkəmədə bildirib ki, müğənninin pulu yoxdur, çünki vəsait dələduzlara köçürülüb. Lakin Ali Məhkəmə bu arqumenti əsaslı saymayıb və pulun qaytarılması öhdəliyini Dolinanın üzərində saxlayıb./Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Dekabr 2025 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see260

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see239

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see238

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see232

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see229

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see222

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see219

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see219

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see203

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see200

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see200

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see199

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see199

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see196

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see195

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see194

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see188

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see183

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see176

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri