Bu nazirliyin kollektivi də şəhidləri unutmadı
Icma.az, Gununsesi saytına istinadən bildirir.
27 sentyabr – Anım Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Gununsesi.info xəbərinə görə Nazirliyin rəhbərliyinin və kollektivinin iştirakı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil olunub, yerli torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Daha sonra Zəfər parkı ziyarət edilib, Zəfər abidəsinin önünə gül dəstələri qoyulub, şəhidlərin xatirəsi dərin ehtiramla yad edilib.
Anım günü çərçivəsində Nazirlikdə şəhidlərin xatirəsinə həsr olunmuş tədbirdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad olunub, onların göstərdiyi şücaətin Azərbaycan xalqı üçün əbədi qürur mənbəyi olduğu vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 27 Sentyabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















