“Bu, ölkədə gimnastika üzrə belə formatda ilk yarışdır” Sara Şükürovanın ə AÇIQLAMASI
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Azərbaycanın bədii gimnastika üzrə açıq regional birinciliyi ölkədə bu formatda keçirilən ilk yarışdır”.
Bu sözləri İdman.Biz-ə açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının nümayəndəsi Sara Şükürova deyib.
“Birinciliyin məqsədi ölkənin müxtəlif regionlarından olan klubları bu cür yarışlara cəlb etməkdir. Bu, gənc gimnastlara özlərini göstərmək və təcrübə qazanmaq imkanı verir, onların motivasiyasını artırır və rəqabət ruhunu formalaşdırır. Belə turnirlər regionlarda gimnastikanın inkişafına töhfə verir”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, bu birincilik digər regional yarışlardan onunla fərqlənir ki, burada hətta ən kiçik yaşlı gimnastlar da təcrübə qazana bilirlər. Ümumilikdə turnirdə üç yaş qrupu üzrə – balacalar, yeniyetmələr və gənclər - idmançılar çıxış edəcəklər. Onlar müxtəlif kateqoriyalar üzrə proqramlarını təqdim edəcəklər: alətsiz, top, halqa, lent və gürzlərlə.
Şükürova həmçinin bildirib ki, iştirakçıların ən böyük hissəsi Xırdalan, Şamaxı və Sumqayıtdan gəlib.
“Federasiya regionlarda gimnastikanın inkişafına xüsusi diqqət yetirir. Hər il yeni bölmələr açılır. Bu yaxınlarda Göygöl Olimpiya İdman Kompleksində bədii gimnastika və "Gimnastika hamı üçün" bölməsi fəaliyyətə başlayıb.
Şəkidə isə batut gimnastikası üzrə yeni bölmə açılıb”, - deyə o, fikrini yekunlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:374
Bu xəbər 19 Mart 2026 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















