Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Xarici ticarət: ixrac və idxal azalır

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Bu ölkələr faktiki hərbi ittifaq formalaşdırıblar” Politoloq Zəfər Paradı ilə verilən mesajları şərh etdi

“Bu ölkələr faktiki hərbi ittifaq formalaşdırıblar” Politoloq Zəfər Paradı ilə verilən mesajları şərh etdi

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

“Bu, onu göstərdi ki, biz dənizdə də özümüzü müdafiə edə bilərik”

“Bakıda keçirilən Zəfər Paradı yüksək səviyyədə təşkil olunmuşdu. Noyabr ayı üçün qeyri-adi dərəcədə açıq hava şəraiti on minlərlə paytaxt sakininə hərbi texnikanı və aviasiyanı canlı izləmək imkanı yaradılmışdı”.

“AzPolitika” xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, paradda müxtəlif qoşun növlərinə və qurumlara məxsus xüsusi təyinatlı qüvvələr öz bacarıqlarını göstəriblər.

Ekspert vurğulayıb ki, paradda Azərbaycan ordusunun təkcə çağırışçılardan deyil, eyni zamanda çoxminlik komando birləşmələrindən ibarət güclü qruplaşmalar formalaşdırdığı mesajı verilib.

Politoloq qeyd edib ki, ənənəyə uyğun olaraq paradda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. 2020-ci il Zəfər Paradından sonra artıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da çıxışı və onun şeirlərdən sitat gətirməsi ənənəyə çevrilib.

F.Məmmədov diqqətə çatdırıb ki, bu il paradda yeni qonaq kimi Pakistanın Baş naziri Şahbaz Şərif iştirak edib. O, xüsusilə Pakistan Silahlı Qüvvələrinin feldmarşalı Munirin bütün tədbirlərdə iştirakını da xüsusi qeyd edib.

Fərhad Məmmədov deyib ki, bu, artıq Azərbaycan–Türkiyə–Pakistan üçlüyünün bir-birinin tədbirlərdə ən yüksək səviyyədə iştirak etdiyinin növbəti nümunəsidir.

Onun fikrincə, bu üç ölkə arasında formalaşan strateji tərəfdaşlığın hərbi-siyasi komponenti artıq real nəticələr verir: müdafiə sahəsində texnoloji əməkdaşlıq genişlənir, birgə hərbi təlimlər keçirilir, siyasi məsləhətləşmələr və qarşılıqlı dəstək prosesi davam edir.

Politoloq bildirib ki, Azərbaycan, Türkiyə və Pakistan artıq rəsmi sənəd imzalamadan faktiki hərbi ittifaq formalaşdırıblar.

F.Məmmədov qeyd edib ki, Bakının paradda görmək istədiyi qonaqlar siyahısı daha geniş olsa da, məhz bu üçtərəfli format hazırda ən effektiv sayılır. Onun sözlərinə görə, tədbirdə həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrdən – Qazaxıstan və Qırğızıstanın müdafiə nazirləri, Özbəkistanın müdafiə nazirinin müavini, Yaxın Şərqdən Səudiyyə Ərəbistanı müdafiə nazirinin müavini və BƏƏ-nin Baş nazirinin müavini, Şərqi Avropadan isə Slovakiyanın baş nazir müavini və Serbiya Baş Qərargah rəisi iştirak ediblər.

Politoloq əlavə edib ki, tədbirdə adı açıqlanmayan digər ölkə nümayəndələri də iştirak edib, həmçinin onlarla xarici dövlət başçısından təbrik məktubları göndərilib. Onun fikrincə, bu, Azərbaycanın müdafiə sahəsində əməkdaşlığı dərinləşdirdiyi ölkələrlə əlaqələrinin göstəricisidir.

Fərhad Məmmədov qeyd edib ki, paradda çoxsaylı silah sistemləri nümayiş etdirilib və bunların bir qismi barədə artıq mediada məlumatlar yayılmışdı. Lakin KİV-də adı çəkilməyən və Müdafiə Nazirliyinin arsenalında olan bəzi silah sistemləri göstərilməyib.

Politoloqun sözlərinə görə, bu, tamamilə anlaşılandır: “Axı hər şeyi göstərmək lazım deyil.”

O vurğulayıb ki, Azərbaycanın məqsədi heç kimi qorxutmaq deyil, bu, artıq keçmişdə qalıb. Hazırkı mərhələdə əsas məqsəd ölkənin özünü müdafiə edə biləcəyini nümayiş etdirməkdir.

F.Məmmədov bildirib ki, silah sistemlərinin texniki xüsusiyyətlərinə dərindən bələd olmasa da, paradın aparıcısı ilk dəfə nümayiş etdirilən texnikalara xüsusi diqqət çəkib. Onun diqqətini xüsusilə kiçik pilotsuz kamikadze kater çəkib. Politoloq deyib: “Bu da göstərdi ki, biz dənizdə də özümüzü müdafiə edə bilərik”.

O əlavə edib ki, Azərbaycan səmasında uçan Türkiyəyə məxsus F-16 təyyarələri istənilən vaxt Bakıya gələ bilər.

“Belə təyyarələrin enməsi üçün kifayət qədər meydanlarımız var. Və təkcə bu tip təyyarələr üçün yox”, – deyə politoloq bildirib.

Fərhad Məmmədov sonda qeyd edib ki, Zəfər Paradı tam uğurlu alınıb. O, Azərbaycan xalqını bir daha Qələbə münasibətilə təbrik edib və ölkədə sülh, sabitlik və rifahın davamlı olacağına ümidini ifadə edib.

Politoloq vurğulayıb: “Bu mürəkkəb dünyada hər an göstərməliyik ki, biz özümüzü müdafiə edə bilirik və tək deyilik.”

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Noyabr 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see223

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see206

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see195

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see195

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see186

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see185

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see180

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see164

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see163

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see157

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see155

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see154

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see153

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see151

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see147

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see147

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri