Bu ölkənin ən böyük aviaşirkəti Moskvaya uçuşları dayandırdı
Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çinin China Southern Airlines şirkəti yanvarın 20-dən martın 30-dək Pekindən Moskvaya uçuşları ləğv edib.
Tribunainfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, şirkət qərarının səbəbini açıqlamır.
Rusiya Tur Operatorları Assosiasiyasının məlumatına görə, China Southern Airlines reyslərinin ləğvi yalnız bir marşruta təsir edib, digər aviaşirkətlər isə Rusiya və Çin arasında uçuşları davam etdirir: “Hazırda belə görünür ki, söhbət yalnız şirkətlərin birində uçuşların müvəqqəti dayandırılmasından gedir. Hava yolunun Rusiyaya uçuş cədvəlində açıqlanan 4 marşrut, ancaq təyyarələrin tutumu və uçuşların müntəzəmliyi nəzərə alınmaqla, bütün məqsədlər üçün uçan 15-17 min adamın planlarına təsir edə bilər”.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan da daxil olmaqla, uçuşların təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən bir neçə ölkə Rusiyanın müxtəlif şəhərlərinə uçuşları dayandırıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 13 Yanvar 2025 21:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















