Icma.az
close
up
RU
“Bu oyun satılmışdı!” Azərbaycan klubunun rəhbərindən şok iddia!

“Bu oyun satılmışdı!” Azərbaycan klubunun rəhbərindən şok iddia!

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Oktyabrın 9-10-da keçirilən oyunlardan sonra ölkə kubokunda 1-ci təsnifat mərhələsi arxada qaldı. İlk oyun günündə “Şəki” “Araz Saatlı”nı 3:2, “Qaradağ Lökbatan” “Ağdaş”ı 8:0, “Dinamo” “Kür-Araz”ı 3:2, “Ağstafa Gəncləri” isə “Şirvan”ə 1:0 hesabı ilə məğlub edib.

“Şəki” 2-ci liqanın ən iddialı klublarından biridi. Maraqlıdı ki, “halvaçılar” yekunda qələbə qazansa da, oyunboyu iki dəfə hesabda geri düşüb. Lakin onlar əzmkarlıq göstərməklə qələbə qazana bilib. Bu oyunla bağlı şəkililərin yeni baş məşqçisi, debüt oyununa çıxan Elvin Həsənovun fikrini öyrəndik:

“Komandaya gəldik, tanış olduq. Bəhmən Həsənovun qurduğu heyətdi. Sağ olsun, pis-yaxşı heyət qurub. Burda problem odu ki, sistemi tam dəyişmişik. Yeni sistemi “oturtmaq” bir qədər vaxt alacaq. Komandam xarakter göstərdi, iki dəfə hesabda geri düşməyimizə baxmayaraq, sonda qələbə qazana bildik. Kubok oyununda 2-ci liqa təmsilçisinin hansısa iddiası yoxdu. Şəkidə futbolun olduğunu göstərmək istədik. Növbəti rəqibimiz də “Karvan-Yevlax”dı. Çətin oyun olacaq. Premyer-liqa təmsilçisidi. Səviyyə fərqi bəllidi. Hər şey göz qabağındadı. Komandaya birgünlük fasilə vermişik. Fasilədən sonra məşqlərə başlayacağıq. Qarşımızda ağır “Şəmkir” oyunu var. Hədəfimiz var - çempionluq. Məni də buna görə gətiriblər. İnşallah, sonda hədəfimizə çatarıq”.


Bəs “Qaradağ Lökbatan” önündə darmadağın olan “Ağdaş”ın rəhbəri və baş məşqçisi Ruslan Hüseynov 8 topluq məğlubiyyəti necə şərh etdi? Sözü ona verək:

“Məqsədimiz ikinci liqada qalmaqdı. Əvvəlki iki ilə nisbətdə bu il liqaya yaxşı başlamışıq. Bu da əvvəlki mövsümlərdə qazandığımız təcrübə hesabınadı. Ötən mövsümdəki stressi yaşamırıq. Kubok oyunu mənə əlavə xərcdi. Yeddi əsas futbolçuya büdcəmizə uyğun olaraq oyundan-oyuna pul verirəm. Onları bu oyuna aparmadım. Rəqibin haqqına girmək istəmirəm, amma bu qələbə “Qaradağ Lökbatan”ın üstünlüyü deyildi. Oyunda nə baş verdi, heç anlamadım. Hakim-inspektorla danışmışam, öz iradımı bildirmişəm. Hakimlər nə etmək istəyirdi, baş açmadım. Hesab 3:0 olanda qapıçımıza qırmızı vərəqə verildi. Qapıda oyunçu dayanmışdı. Sizə bir söz deyim: bu oyun satılmışdı! İnanmıram ki, çempionatda bu hesabla hansısa komanda bizi məğlub edəcək gücdədi. Bu məsələ mütləq araşdırılmalıdı. Mən də öz şikayətimi bildirmişəm”.

“Dinamo” – “Kür-Araz” oyunu ilə bağlı maraqlı məqam odu ki, 11-ci pillədə qərarlaşan “polislər” özündən irəlidə olan İmişli təmsilçisini mübaridən çıxardı. “Dinamo”nun prezidenti Yaşar Seyidovun dedikləri:

“Məsələ ondadı ki, çempionatın startına iki həftə qalmış 7 futbolçumuz getmişdi. Onların yerini doldurmaq üçün akademiyamızdan futbolçular gətirdik. Futbolçular yavaş-yavaş özünə gəlir. Əvvəlkilər kimi onları da Azərbaycan futboluna qazandıracağıq. Bu oyunda da motivasiyaları yüksək idi. Kubokda oynamaq hamının arzusudu. Qələbə də şirindi. Növbəti mərhələdə necə olacağını bilmirəm (gülür). Çempionatın lideri “Turan Tovuz”la qarşılacağıq. Futbolçular üçün də böyük sınaqdı ki, elita təmsilçisi ilə qarşılacaqlar. Futbolçuların xəyalıdı premyer-liqa klubuna qarşı oynamaq. Bu gənclərə vaxt lazımdı. Bizim üstünlüyümüz odu ki, heç kimin tanımadığı gəncləri oynadırıq. AFFA-nın strategiyasını tətbiq edirik. Tanınnmayan futbolçuları Azərbaycan futboluna qazandırırıq. “Turan Tovuz”a uduzsaq da, uşaqların həyatında böyük motivasiya olacaq”.


MÜZƏFFƏR QULUZADƏ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Oktyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri