Bu qaydalara riayət etməklə avtomobilin ömrünü uzatmaq mümkündür SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Təkərlər avtomobilin yolla yeganə təmas nöqtəsidir və onların vəziyyəti təhlükəsizliyə birbaşa təsir edir.
Avtosfer.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edirlər ki, sadə qaydalara əməl etməklə həm yanacağa qənaət etmək, həm də təhlükəsizliyi qorumaq mümkündür.
Təkər təzyiqini yoxlamaq başlıca tədbirlərdən biridir. Aşağı təzyiq avtomobilin idarə olunmasını çətinləşdirir, yanacaq sərfiyyatını artırır və təkərlərin daha tez aşınmasına səbəb olur. Həddindən artıq təzyiq isə təkərlərin partlama riskini artırır, asqı sisteminin detallarının korlanmasını sürətləndirir, maşının yol tutumunu pisləşdirir. Mütəxəssislər təkər təzyiqini mütəmadi yoxlamağı tövsiyə edir.
Aqressiv şəkildə avtomobil idarə etmək öz həyatını risk altına atmaqdır. Sərt tormozlama, kəskin sürətlənmə və sürətli döngələr təkərlərin tez yeyilməsinə səbəb olur. Çuxurlardan və maneələrdən keçərkən sürəti azaltmaq, təkərləri səkiyə sürtməmək onların ömrünü uzadacaq.
Sadə qaydalara riayət edərək həm avtomobilinizin istismar xərclərini azalda, həm də yol təhlükəsizliyinizi artıra bilərsiniz!
Eltac Zülfüqaroğlu
Baxış sayı:127
Bu xəbər 26 Mart 2025 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















