Icma.az
close
up
RU
“Bu qədər ərazini Rusiyaya peşkəş edəcəkdinsə, müharibə başlamağın mənası vardımı?”

“Bu qədər ərazini Rusiyaya peşkəş edəcəkdinsə, müharibə başlamağın mənası vardımı?”

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Trampla Putinin telefon danışığından sonra media üçün yayılan press-relizlərdə diqqət çəkən xüsusi məqam vardı: “Növbəti mərhələdə əsas prioritetlərdən biri də Amerika və Rusiya dövlətləri arasında ikitərəfli münasibətlərin inkişafı olmalıdır”.

Əla. Dəqiq. Konkret. Korrekt! Demək ki, sanksiyalar filan hara getdi? Əlbət, işinin dalınca...

Qlobal siyasətin son dövrlər bəşəriyyətə verdiyi əsas mesaj da məhz budur:

1) Yekun qərar əgər kənar qüvvələrin ümidinə qalırsa, o zaman haqsız güclülər və haqlı gücsüzlər arasındakı tərcih birmənalı şəkildə birincilərdən yana olacaq.

2) Vuruşandan sonra düşünən dövlətlər (xalqlar) düşünəndən sonra vuruşanlara bütün hallarda və bütün parametrlərlə uduzur.

Təbii, istisna hallar da var. Ki, məsələn, Azərbaycan kimi (Qarabağ müharibəsində olduğutək) həm güclü, həm də haqlı olasan. Amma bir daha təkrar edirəm: arada seçim qoyulsa, dünyanın “ağır topları” heç düşünmədən haqqı deyil, gücü seçəcəklər.

Bəli, heç düşünmədən!

Ayrıca, məlum kontekstdə daxili çaxnaşmaları (vətəndaş müharibələrini, inqilabları, çevirilişləri) da ayrı bənd kimi müzakirə edə bilərik. Fəqət, bu məqamda belə bəlli bir həqiqət mütləq “göz oxşayacaq”: Bütün düşünülməmiş addımlar, kortəbii hasilatlar, seçki fövqündə reallaşan yerdəyişmələr xalqların deyil, kənar qüvvələrin marağına xidmət edir və həmin xalqları minimum 3-4 əsr geri salır.
Yəqin həmin səbəbdəndir ki, rəy sorğularının nəticələrinə əsasən Liviya əhalisinin 98, rumınların isə 97 faizi bir zamanlar linç və edam edilmiş Qəddafinin, Çauşeskunun idarəçilik dövrünə qayıtmaq arzularını bu gün açıq formada ifadə edirlər.

***

Rusiya müharibə dövründə Ukrayna ərazisinə doğru nə az, nə çox, düz, 118 min (!) kv. km irəliləyib! Təsəvvür edirsinizmi? Yəni, Azərbaycanın bütöv hüdudlarından yarım dəfə daha çox. Amma ortalıqda hələ də “Slava Ukrayna” sədaları var.

“Slava”mı qaldı, Ukraynamı qaldı?!

Hələ o gün bir “ağıllı” canlı yayımda ciddi-ciddi qayıtdı ki, müharibənin bu şəkildə bitməsi əslində Ukraynanın “qabaqdan yeməməsi” deməkdir, yaxşı haldır, müsbət gedişatdır.

Müsbət nə var burda? “Müsbət”in hansı işarəti var burda?

Əvvəl bir dövlətin torpaq iddiası ilə üzbəüz idilər, indi isə ortalığa həm də digərinin təbii sərvət iddiası çıxıb.

Dahamı yaxşı haldır?

Zelenski 2 gün öncə NATO-ya girməyəcəklərini açıq mətnlə bəyan etdi. (Sanki qəbul edən vardı, sadəcə bu istəmir.) Hərgah, adamdan soruşan gərək: Əgər NATO mövzusu sənin üçün həqiqətən prinsipial deyildisə, o zaman 45 milyon insanın taleyini niyə abstrakt və populist ideyaların qurbanına çevirirdin?
Əgər nə vaxtsa, bu qənaətə gələcəkdinsə, o zaman Lüksemburqda, Almaniyada, Lixtenşteyndə milliləşdirilərək 1-ci sinifə gedən və bir də heç zaman Ukraynanı görməyəcək, öz soyundan xəbərdar olmayacaq uşaqların günahı nə idi bəs?
Əgər “qabaqdan yeməmək” müqabilində bu qədər ərazini Rusiyaya peşkəş edəcəkdinsə, milyonlarla insanı torpağın altına göməcəkdinsə, o zaman müharibə başlamağın, başlatmağın anlamı, mənası, lüzumu vardımı?

Hamı bəh-bəhlə potensial sülhdən danışır. Amma hansı sülhdən? Necə sülhdən? Varmı, hazırki vəziyyətdə həmin sülhün formulu? Mövcud şəraitdə Rusiyanı geri çəkmək və ya Ukraynanı məğlubiyyətlə barışdırmaq mümkündürmü? Yox, əlbət. Əsla! Sadəcə münaqişə qeyri-müəyyən müddətə dondurulacaq, vəssalam.
Ardınca da Avropa ilə buzların əriməsi dövrü başlayacaq, Rusiya yenə beynəlxalq təşkilatlara qayıdacaq, ölkələrdə öz səfirliklərni bərpa edəcək, Polşanın, Estoniyanın, Macarıstanın, Britaniyanın xoşməramlı mirzələrini qəbuldan əvvəl “priyomnıy”da saatlarla saxlayacaq və...ən sonda elə bir mühit formalaşacaq ki, Ukrayna ərazisinə 218 min deyil, məhz 118 min kv. km daxil olduğu üçün, yəni, daha dərinə getmədiyi üçün, sülhpərvər çağırışlara müsbət cavab verdiyi üçün hamı Rusiyaya minnətdar olacaq.

Reallıq bax budur!

Zira, mənə bir də...məmləkətimizdəki radikalların, ”Slava Ukrayna” deyib qulaq batıranların, Ukrayna mətbuatına palaz-palaz məqalə(lər) yazanların mövqeyi maraqlıdır. Həm də çox...

Hardadı onlar? Nə düşünürlər?

Həmin anti – milli ünsürlər Qarabağ müharibəsinin ilk etapında bağlanan müqaviləni, üçtərəfli razılaşmanı bir vaxtlar ələ salırdılar, dolayırdılar, məsxərəyə qoyurdular.

Və...elə sırf bu səbəbdən intizarındayam. Ki, görəsən işğaldakı torpaqları son santimetrinə qədər geri qaytaran İlham Əliyevə qarşı bu qədər vicdansızca, namərdcə davrananlar, görəsən, Ukraynanı diz üstdə qoyan Volodimir Zelenski haqda nəsə danışacaqlarmı?

İnanmıram. Çətin.

Çünki, onlar ancaq “həvəsləndirmə” işinə baxırlar...

Çünki, onların gürcüstançılığı, suriyaçılığı, ukraynaçılığı hər zaman azərbaycançılıqlarından daha ağır gəlib...

Çünki onların zənnincə, Ukrayna ordusunun hardasa 1 metr irəliləməsi Şuşanın işğaldan azad olunmasından milyon dəfə daha önəmli hadisədir...

Nəhayət;

Çünki, onlar üçün qəhrəmanlıq və şücaət anlayışı Qarabağda şəhid olan igidlərimizin deyil, Yeni Günəşlidə adam bıçaqlayan “ictimai əsaslı” cinayətkarın timsalında formalaşır.

Formalaşır və...hər etapda yeni bir qaragüruhçunun əməlindən, zehniyyətindən boylanır.

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Mart 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri