Bu qidalar böyrəklərdə daş yaradır
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bəzi qidaların davamlı şəkildə istehlakı böyrəkdaşı riskini artırır.
Milli.Az xəbər verir ki, həkimlərin sözlərinə görə xüsusilə oksalatla zəngin məhsullar, yəni ispanaq, çuğundur, rəvənd, qoz-fındıq və şokolad bu baxımdan təhlükəlidir.
Bundan başqa, gündəlik duz norması aşılarsa, sidikdə kalsium səviyyəsi yüksəlir ki, bu da daş əmələ gəlməsinə səbəb ola bilər. Qırmızı ət, balıq və daxili orqan ətlərinin həddindən artıq istifadəsi də sidik turşusunun artmasına yol açır.
Mütəxəssislər qazlı içkilərdə və hazır qidalarda olan fruktozanın da böyrək sağlamlığına mənfi təsir etdiyini bildirirlər. Süni C vitamini əlavələri və şəkərli qidalar da risk qrupuna daxil edilir.
Qeyd edək ki, böyrəkdaşı problemi olan şəxslər həkim məsləhəti olmadan pəhriz dəyişikliklərinə başlamamalıdır. Daşın növünə görə qidalanma fərqli ola bilər.
Milli.Az
Baxış sayı:95
Bu xəbər 02 Avqust 2025 19:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















