Icma.az
close
up
RU
Bu qidalar xərçəngə səbəb ola bilər. SİYAHI

Bu qidalar xərçəngə səbəb ola bilər. SİYAHI

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Xərçəng bütün dünyada ölüm səbəblərinin arasında ürək-damar sistemi xəstəliklərdən sonra 2-ci yer tutur.

İldən ilə bütün dünyada xərçəng xəstəliyinə tutulmuş insanların sayı artır. Həkimlər bu qorxunc xəstəliyin xeyli cavanlaşmasını müşahidə edirlər. Əvvəllər xərçəng xəstəlikləri əsasən insanlarda 50 yaşında sonra inkişaf edirdi. Hal hazırda isə xərçəng bir çox hallarda cavan insanlarda, uşaqlarda aşkar olunur.

Həkimlərin fikirinə görə, bunun səbəblərindən biri qidalanmadır. Müasir qidaların tərkibinə çoxlu miqdarda kimyəvi maddələr (konservantlar, dadvericilə və s.) əlavə olunur ki, bu maddələrin daim və çoxlu miqdarda orqanizmə daxil olunması xərçəngin inkişafının riskini artırır.

Həkimlərin fikirinə görə, bu kimi qidalar və məhsullar kanserogen (xərçəng əmələ gətirən) xüsusiyyətlərə malikdir:

- İstənilən qızardılmış qidalar (qızardılmış kotlet, kartof, balıq və s.). Həkimlər qidaları suda və ya buxarda bişirməyi tövsiyə edirlər.

- Marqarin, spred və s. yağ əvəzediciləri. Nəzərə almaq lazımdır ki, belə "yağlar" dükanlarda satılan peçenye, vafli, pirojna, tort, keks və s. un məmulatlarının tərkibinə daxil edilir.

- Düzgün saxlanılmayan və ya köhnə məhsullarda göbələk əmələ gələ bilər. Göbələk güclü kanserogen sayılır. Orqanizmdə yığıldıqda göbələk xərçəngin inkişafına səbəb ola bilər. Bu səbəbdən üzərində göbələk olan istənilən qidanı dərhal atmaq lazımdır. Bəzən qadınlar göbələk olan hissəsini atıb qalan məhsulu istifadə edirlər (məsələn, çörək, mürəbbə və s.). Bu qəti şəkildə yolverilməzdir! Mikroskopik göbələk sporları bütün məhsula yayılır.

- Hisə verilmiş istənilən qidalar, kolbasa, sosis güclü kanserogen effektə malikdir. Bu qidaları qidalanmadan ümumiyyətlə çıxartmaq lazımdır.

- Dükanlarda satılan əksər konservlərin (ət, balıq konservləri), turşuların, kompotların, mürəbbələrin, cemlərin və s. tərkibinə müxtəlif kimyəvi maddələr daxil edilir. Bu maddələr orqanizmdə toplanaraq ona kanserogen təsir edir.

- İstənilən fast-fud qidaları (dönər, qamburqer, pirojki, kartof-fri və s.).

- Çox isti qidalar və içkilər.

- Spirtli içkilər. Onların tərkibinə güclü kanserogen etanol var. Etanol xüsusilə qara ciyərin hüceyrələrinə (hepatositlər) çox mənfi təsir edir, onları məhv edir.

Həkimlər insanlara təbii, ev şəraitində bişirilmiş qidalara üstünlük verməyi, hər gün ən azı 500 qr meyvə-tərəvəz, göyərti yeməyi, 1,5-2 l təmiz su içməyi tövsiyə edirlər. Qidaları suda və ya buğda bişirmək lazımdır. Qızardılmış qidalar rasiondan çıxarılmalıdır.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 03:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see270

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see219

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see211

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see201

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see199

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see199

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see198

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see197

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see195

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see193

Rusiya itkilərinin 80 faizini bu şəhərdə verir

23 Avqust 2026 13:17see168

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see164

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see160

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see158

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see157

ABŞ də keçirilən tennis turnirinin finalçıları müəyyənləşib

23 Avqust 2026 13:29see155

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see155

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see154

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

23 Avqust 2026 16:06see152

Klub prezidenti təcili toplantı keçirdi, baş məşqçiyə “çıx get” söylədi! SON DƏQİQƏ

23 Avqust 2026 16:02see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri