Icma.az
close
up
RU
Corc Rassell Azərbaycan Qran prisindən sonra ilk qələbəsini hədəfləyir

Corc Rassell Azərbaycan Qran prisindən sonra ilk qələbəsini hədəfləyir

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Formula-1” üzrə “Mercedes” komandasının pilotu Corc Rassell Qətər Qran-prisində uğursuz yarışlar seriyasına son qoymağa çalışacaq.

İdman.Biz xəbər verir ki, britaniyalı pilot şənbə günü keçirilən sıralanma turunda komanda yoldaşı, dünya çempionu Kimi Antonellini qabaqlayaraq poul-pozisiya qazanıb.

Rassell sonuncu qələbəsini sentyabrda keçirilən Azərbaycan Qran-prisində əldə edib. Həmin vaxtdan ötən yeddi yarış ərzində Antonelli “Formula-1” tarixinin ən gənc dünya çempionu olub. Rassell isə sıralanma turlarındakı uğurlu nəticələrini bir sıra yarışlarda podiuma çevirə bilməyib. Ötən həftə Las-Veqasda yol verdiyi səhvdən sonra onun əzəli rəqibi Maks Ferstappen də britaniyalı pilotu ələ salıb.

“Bu nəticəni qələbəyə çevirməliyəm, çünki bazar günü keçirilən yarışlarda çıxışım olduqca bərbad olub”, - deyə Rassell sıralanma turundan sonra bildirib.

Yüksəksürətli döngələrin “Mercedes” bolidlərinə üstünlük qazandırdığı Qətər trasında komanda bütün həftəsonu dominant çıxışı ilə seçilib. Sıralanma turunda üçüncü nəticəni göstərən “McLaren” pilotu Lando Norris də Antonelli və Rassellə qələbə uğrunda mübarizə aparmaq şansının az olduğunu etiraf edib:

“Bu uşaqlar həddindən artıq sürətli idilər”.

Son yarışlardakı uğursuz nəticələr Rassellin ümumi sıralamada dördüncü pilləyə geriləməsinə səbəb olub. Britaniyalı pilot Antonellidən 138 xal geri qalır.

Mövsümün əvvəlində güclü “Mercedes” bolidinə sahib olan Rassell çempionluğa əsas namizədlərdən hesab edilirdi. Onun komanda yoldaşı Antonelli isə debüt mövsümündə heç bir qələbə qazanmamışdı. Lakin 2026-cı il mövsümü 20 yaşlı italiyalı pilotun üstünlüyü ilə yadda qalıb.

Qətər Qran-prisində start və təkər strategiyası həlledici əhəmiyyət daşıyacaq. Təkərlərin yüksək aşınma səviyyəsinə görə “Pirelli” bir təkər dəsti ilə maksimum 27 dövrə vurulmasına icazə verib. Bu isə 57 dövrədən ibarət yarışda bütün pilotların ən azı iki pit-stop etməli olacağı anlamına gəlir.

Qeyd edək ki, İran müharibəsi səbəbindən yarış təqvimində yaranan dəyişikliklərdən sonra Qətər Qran-prisi “Formula 1”in Yaxın Şərqə qayıdışı ilə əlamətdardır. Mövsümün sonuncu yarışı isə gələn həftə Əbu-Dabidə keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 29 Noyabr 2026 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri