Rusiya həftə ərzində Ukraynaya 2000 ə yaxın dronla hücum edib
Icma.az, Bizim media saytına istinadən bildirir.
Bu həftə Rusiya Ukraynaya 1960-dan çox hücum dronu, 1600-dən artıq idarə olunan aviabomba və 8 raket atıb. Rusiya ordusu yaxınlaşan soyuq hava şəraitindən istifadə edərək enerji və digər mühüm infrastruktura zərbələr endirməyə çalışır.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski həftənin yekunlarına dair açıqlamasında bildirib.
Dövlət başçısı deyib ki, hesabat dövründə Vinnitsa, Kirovoqrad, Rivne, Xarkov və Odessadakı yarımstansiyalar hədəfə alınıb:
“Təəssüf ki, bir çox zərbələr yaşayış binalarına da dəyib. Dünən gecə Rusiya dronunun Odessadakı çoxmərtəbəli binaya zərbə endirdiyi bildirilir. Nəticədə bir qadın həlak olub. Zaporojyedə isə gecə ərzində Rusiya idarə olunan aviabombasının yaşayış binaları arasına düşdüyü ərazidə axtarış-xilasetmə əməliyyatları aparılıb.
Yaxınlıqda heç bir hərbi obyekt olmayıb. Zərbə nəticəsində 14 yaşlı qız da daxil olmaqla beş nəfər yaralanıb. Dövlət Fövqəladə Hallar Xidməti yeniyetməni dağıntılar altından xilas edə bilib. Lakin təəssüf ki, bu hücumda onun anası həyatını itirib”.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 29 Noyabr 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















