Icma.az
close
up
RU
Bu qidalardan yeyənlərin yuxu dərdi olmur

Bu qidalardan yeyənlərin yuxu dərdi olmur

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çinli alimlər qidalanma vərdişləri ilə yuxu keyfiyyəti arasındakı birbaşa əlaqəni üzə çıxarıblar. Şandun Ənənəvi Çin Təbabəti Universitetinin mütəxəssisləri tərəfindən aparılan araşdırmanın nəticələri "Frontiers in Nutrition" jurnalında dərc olunub.
Demorkat.az-ın məlumatına görə tədqiqatda 1500-ə yaxın insan iştirak edib. Könüllülər gündəlik qida rasionları və yuxu rejimləri barədə ətraflı sorğu doldurublar. Alimlər tərəvəz, meyvə, ət, taxıl və süd məhsulları da daxil olmaqla 12 əsas qida qrupunu təhlil ediblər. Yuxunun keyfiyyəti isə beynəlxalq səviyyədə qəbul edilmiş xüsusi test vasitəsilə ölçülüb. Bu test yuxunun müddəti, yuxuya getmə müddəti və gecə oyanmaları kimi vacib məqamları əhatə edib.
Məlum olub ki, müəyyən növ qidalanma tərzi yuxu problemlərini əhəmiyyətli dərəcədə azaldır. Xüsusilə təzə meyvə, tərəvəz və süd məhsullarından müntəzəm istifadə edən şəxslər daha rahat və dərin yatırlar. Rasionda bu qidaların payı artdıqca yuxu pozğunluğu riski statistik olaraq aşağı düşür.
Tədqiqatçılar bildirirlər ki, qidalanma tərzi yuxu sağlamlığının qorunmasında həlledici rol oynaya bilər. Hələlik bu qidaların birbaşa təsir mexanizmi tam sübut olunmasa da, bitki mənşəli məhsullar və südün yuxu pozğunluğu ehtimalını azaltdığı faktı təsdiqini tapıb.
Qeyd edək ki, bundan əvvəl aparılan araşdırmalar isə göstərmişdi ki, sutka ərzində təxminən 7 saat 18 dəqiqə yatmaq şəkərli diabet riskini minimuma endirir.
İsmayıl
Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Mart 2026 02:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri