Icma.az
close
up
RU
Bu rayonlarımızda zəlzələ gözlənilir: Nə baş verir? KONKRET

Bu rayonlarımızda zəlzələ gözlənilir: Nə baş verir? KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər bölgədə qəribə təbiət hadisələri müşahidə edilir. Belə ki, Rusiya və Türkiyəyə aprel ayında qar yağır, eyni günlərdə Gürcüstan, İran və yenə Rusiyada ardıcıl zəlzələlər olur. Bu gündən etibarən Azərbaycanda da havanın kəskin dəyişəcəyi bildirilir. Paralel olaraq, zəlzələlərin baş verəcəyi istisna edilmir.

Regionumuzda nə baş verir? Belə təbiət hadisələri necə izah edilməlidir?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, bölgədə son günlər müşahidə edilən təbiət hadisələri təkcə lokal deyil, daha geniş coğrafi və iqlim proseslərinin nəticəsidir:

“Bu hadisələrin Azərbaycana da təsir etməsi gözləniləndir. Bunu həm geofiziki, həm də iqlim baxımından izah etmək olar. Ölkəmiz də daxil olmaqla, Cənubi Qafqaz regionu seysmik aktiv zonada yerləşir. Gürcüstan, İran və Rusiyada qeydə alınan ardıcıl zəlzələlər bu bölgədəki tektonik gərginliyin artdığını göstərir. Ərəbistan və Avrasiya plitələrinin toqquşma zonasında yerləşən ölkəmizdə də zəif və ya orta güclü zəlzələlərin baş verməsi mümkündür, xüsusilə Zaqatala, Şamaxı, Gəncə və Talış dağlıq zonalarında”.

Ekoloq bildirib ki, Türkiyə və Rusiyada apreldə qar yağması, qeyri-mövsümi yağıntılar və güclü küləklər atmosfer dövriyyəsində yaranmış pozuntularla əlaqəlidir:

“Bu da, öz növbəsində, qlobal istiləşmənin və iqlim dəyişikliyinin fəsadlarından biridir. Havanın stabil olmaması, temperaturun kəskin dəyişməsi və soyuq hava kütlələrinin gözlənilməz hərəkəti Azərbaycanda da qeyri-sabit hava şəraiti yarada bilər. Yəni güclü küləklər, lokal dolu, leysan və hətta şaxta ehtimalı az deyil. Hazırda dünyada müşahidə olunan iqlim anomaliyasının əsas səbəblərindən biri də 2024-2025-ci illərin “El Ninyo” ili olmasıdır. Bu hadisə Sakit okean səth sularının anormal istiləşməsi ilə müşayiət olunur və qlobal atmosfer dövranına ciddi təsir edir. Məhz buna görə də bu il bir çox bölgədə, o cümlədən bizim regionda hava şəraiti normadan kəskin şəkildə fərqlənir”.

C.Bəxtiyar qeyd edib ki, Azərbaycanda zəlzələ riski var:

“Tektonik stressin bölgə üzrə yayılması fonunda zəif və ya orta güclü təkanlar mümkündür. Hava şəraitində kəskin dəyişmələr baş verə bilər, yəni sürətli istiləşmə və soyuma, qeyri-mövsümi yağıntılar və küləklər gözləniləndir. Xüsusilə dağlıq və dağətəyi ərazilərdə yağıntıların artdığı günlərdə torpaq sürüşməsi və sel riski də aktualdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Aprel 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri