Icma.az
close
up
RU
Azərbaycanın bu bölgələrində zəlzələ gözlənilir Seysmoloqdan vacib açıqlama KONKRET

Azərbaycanın bu bölgələrində zəlzələ gözlənilir Seysmoloqdan vacib açıqlama KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Qardaş ölkə Türkiyədə tez-tez baş verən zəlzələ Azərbaycanda məsələni gündəmə gətirib. Belə ki, ictimaiyyət nə zamansa Bakı və bölgələrdə dağıntılara səbəb olacaq zəlzələnin baş verəcəyindən narahatdır.

Azərbaycanda güclü zəlzələ gözlənilirmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri, Yer elmləri üzrə elmlər doktoru dosent Qulam Babayev deyib ki, zəlzələlər öz tipinə görə hiss olunan, hiss olunmayan, güclü, dağıdıcı və katastrofik zəlzələlər kimi şəciyyələnirlər.

Seysmoloqun sözlərinə görə, digər bölgələrdəki kimi Azərbaycanda dağıdıcı zəlzələlər gözlənilmir:

“Çünki yer hərəkətinin intensivliyi, sürəti o bölgələrdəki kimi çox da aktiv deyil. Bu baxımdan da eyni zəlzələnin Bakı və ya Xəzər dənizində, digər bölgələrimizdə baş verməsi gözlənilmir. Amma 2024-25-ci ildə ölkəmizdə hiss olunan zəlzələlər olacaq. Buna səbəb isə qonşu ölkələrdə hiss olunan zəlzələlərin baş verməsidir. Azərbaycan ərazisinin onlardan kənar qalması mümkün deyil”.

Q.Babayev Azərbaycanda konkret seysmik zonaları açıqlayıb:

“Şamaxı-İsmayıllı, Şəki-Oğuz-Zaqatala ocaqlarında zəlzələ güclü hiss oluna bilər. Gəncə, Mingəçevir, Qarabağın özü də seysmik ərazidir. Orada Şuşa seysmik ocağı var. Bu isə Hadrud, Laçın, İstisu və Kəlbəcər tərəfdə özünü büruzə verir. Xəzər dənizi də hər bir tərəfdən seysmik zonadır. Onun bütün ərazisi Bakı və Abşeron yarımadasına təsirli, potensial təhlükədir. Çünki Xəzər dənizi ən mürəkkəb tektonik zonalardan biridir”.

Seysmoloqun dediklərinə görə, cənub zonası da hiss olunan zəlzələdən sığortalanmır:

“Xəzərin cənub hissəsi və qonşu İranda baş verən zəlzələ talış zonasına təsir göstərir. Lakin Lerik və Yardımlının özündə də seysmik ocaqlar var”.

Qulam Babayevin sözlərinə görə, 2025-ci ildə də aktivlik davam edəcək:

“Mümkün deyil ki, Türkiyə, Gürcüstan, İranda zəlzələ baş versin, amma Azərbaycanda hiss olunmasın. Bu, mümkünsüzdür! Qonşu ocaqlar fizikanın qanunu əsasında bizə də təsir göstərir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Noyabr 2024 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see201

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see185

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see175

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see130

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri