Icma.az
close
up
RU
“Bu sahədə informasiya asimmetriyası mövcuddur”

“Bu sahədə informasiya asimmetriyası mövcuddur”

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Mübahisələrin alternativ həlli mexanizmlərinin, xüsusilə mediasiya və arbitraj institutlarının qanunda ayrıca təsbit edilməsi vacibdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Maliyyə icarəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Çünki maliyyə münasibətlərində operativ və ixtisaslaşmış mübahisə həlli mexanizmləri sahibkarlıq subyektləri üçün əlavə hüquqi təminat yaradır və bu, eyni zamanda məhkəmə yükünü azaldır. 

Bununla yanaşı, qanun layihəsinə maliyyə icarəsi münasibətlərində iştirak edən fiziki şəxslərin hüquqlarının qorunmasına dair xüsusi normaların da əlavə edilməsi zəruridir, çünki bu sahədə informasiya asimmetriyası mövcuddur və istehlakçıların daha zəif tərəf olması onların əlavə hüquqi müdafiəsini tələb edir.

Eyni zamanda, rəqəmsal iqtisadiyyatın inkişafı nəzərə alınaraq elektron müqavilələrin bağlanması, rəqəmsal identifikasiya və onlayn maliyyə icarəsi xidmətlərinin hüquqi tənzimlənməsi ilə bağlı müddəaların qanun layihəsinə daxil edilməsi də məqsədəuyğun olardı. Çünki bu, hesab edirəm ki, xidmətlərin əlçatanlığını artıracaq və bazarın genişlənməsinə şərait yaradacaqdır. 

Həmçinin, risklərin bölüşdürülməsi ilə bağlı müddəaların daha da konkretləşdirilməsi, xüsusilə fors-major halları, sığorta mexanizmləri və texniki nasazlıqlarla bağlı risklərin ayrıca tənzimlənməsi də vacibdir. Çünki bu, tərəflər arasında hüquqi qeyri-müəyyənliyi aradan qaldıraraq müqavilə münasibətlərinin sabitliyini təmin edəcəkdir. Layihədə maddə 13 ümumi çərçivə təqdim etsə də, hesab edirəm ki, əlavə konkretləşdirməyə də ehtiyac var.

Bundan əlavə, maliyyə icarəsi bazarının inkişafını təşviq etmək məqsədilə müəyyən stimullaşdırıcı mexanizmlərin nəzərdə tutulması da məqsədəuyğun olardı, çünki bu, hesab edirəm ki, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışını asanlaşdıracaq və investisiya fəallığını artıracaqdır. 

Nəhayət, nəzarət və hesabatlılıq mexanizmlərinin beynəlxalq standartlara uyğun daha da gücləndirilməsini vacib hesab edirəm, çünki bu, maliyyə sabitliyinin qorunmasına və sektorun şəffaf inkişafına xidmət edəcək”, - deputat bildirib.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Aprel 2026 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri