“Bu səbəbdən, hələ rəqabətdə tam üstünlük göstərə bilmir” meneceri Rüfətin “Varajdin” macərasından danışdı
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ötən ilin iyulundan "Varajdin"in şərəfini qoruyan Rüfət Abdullazadənin legioner həyatında işlər qaydasında deyil.
"Səbail"dən ayrılandan sonra bəxtini Xorvatiya çempionatında sınamaq qərarına gələn yarımmüdafiəçi orda arzuladığı qədər şans qazanmır. İlk 18 turda cəmi 9 matçda forma geyən həmvətənimiz 2 məhsuldar ötürməylə yadda qalıb. Ölkə kubokunda keçirdiyi görüşdə qol müəllifi olan Rüfət sonuncu dəfə noyabrın 9-da meydanda olub. Cəmi 1 dəqiqə...
Bəs, gənc yarımmüdafiəçinin belə uğursuzluqla üzləşməsinin səbəbi nədi? Baş məşqçisi Nikola Safariclə problem yaşayır, ya başqa təkliflər ağlını qarışdırıb? Bəlkə rəqabətdə uduzur?
Bu suallarla Rüfətin meneceri Emil Əsədova müraciət etdik. Onun "Football-plus.az"a cavabı:
“Rüfətin “Varajdin”lə hansısa problemi yoxdu. Sadəcə, az şans qazanır. Bu, komandaya uyğunlaşmaqla bağlıdı. Bu səbəbdən hələ rəqabətdə tam üstünlük göstərə bilmir. Bir qədər vaxt lazımdı. 10 matçda 1 qol, 2 məhsuldar ötürmə bizim üçün pis göstərici deyil. O, legioner həyatı yaşamaq arzusunu gerçəkləşdirir. Amma indi həm də daha çox oynamaq istəyir. Təklifləri də var. Azərbaycan gələn dəvətləri də dəyərləndirir”.
KƏNAN BAHADIR
Baxış sayı:69
Bu xəbər 05 Yanvar 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















