Bu səfər Azərbaycan ABŞ münasibətlərinə töhfə verəcək” VİDEO
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş regionla bağlı bir sıra qaranlıq məqamlara aydınlıq gətirib.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Real Televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev səsləndirib.
Millət vəkilinin sözlərinə görə, yaxın günlərdə ABŞ nümayəndəsi Vensin Azərbaycan və Ermənistana gözlənilən səfəri də bir çox mühüm məsələlərə əlavə aydınlıq gətirəcək. O vurğulayıb ki, bu səfər xüsusilə Azərbaycan–ABŞ münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcək.
Cavanşir Feyziyev qeyd edib ki, regionda baş verən proseslərin fonunda aparılan bu cür təmaslar həm siyasi dialoqun dərinləşməsi, həm də gələcək əməkdaşlıq perspektivlərinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Daha ətraflı Real Televiziyanın təqdim etdiyi videomaterialda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 05 Fevral 2026 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















