Icma.az
close
up
RU
Bu sərəncam peşəkar jurnalistikaya xidmət edən şəxslərin əməyininin qiymətləndirilməsinə kömək edəcək Əli Vəliyev

Bu sərəncam peşəkar jurnalistikaya xidmət edən şəxslərin əməyininin qiymətləndirilməsinə kömək edəcək Əli Vəliyev

Icma.az bildirir, Olke.az portalına istinadən.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev, milli mətbuatımızın 150 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Bu sərəncam, həm keçmişin dəyərləndirilməsi, həm də jurnalistikanın gələcək inkişafına yönələn mühüm bir addımdır. Sərəncama əsasən, Azərbaycan Prezidentinin Administrasiyasına, Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birgə yubiley tədbirlərinin hazırlanması və həyata keçirilməsi tapşırılıb.

Azərbaycan mətbuatının təməli 1875-ci ildə Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə qoyulduğu gündən yalnız informasiya vasitəsi deyil, həm də maarifçilik hərəkatının mərkəzinə çevrildi. “Əkinçi”dən başlanan bu yol, sonrakı illərdə “Ziya”, “Kaspi”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallarla davam edərək cəmiyyətin sosial və mədəni həyatında dönüş nöqtələri yaratdı.

Ulu Öndərin hakimiyyətə gəlməsi ilə jurnalistikada yeni bir dövr başladı. Senzuranın ləğvi, özəl media qurumlarının yaranması və informasiya məkanının genişlənməsi söz və fikir azadlığına şərait yaratdı. Müstəqil qəzetlər, televiziya kanalları və daha sonra internet mediası yaranaraq cəmiyyətin informasiya tələbatını qarşılamağa başladı.

Bu gün Azərbaycan jurnalistikası özünün ən böyük dönüş nöqtələrindən birini yaşayır. Sosial media platformaları, onlayn xəbər portalları və mobil jurnalistika informasiya istehsalı və yayımında yeni meyarlar formalaşdırır. Bu çağırışlara cavab olaraq Azərbaycan jurnalistləri də texnoloji imkanlardan istifadə etməyə, peşəkarlıq səviyyəsini artırmağa və etik normalara daha sıx bağlı qalmağa çalışırlar.

Prezident İlham Əliyevin sərəncamı ilə Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və digər qurumlarla birlikdə 150 illik yubileyin yüksək səviyyədə qeyd olunması, jurnalistlərin əməyinə verilən dəyəri göstərir. İlham Əliyevin bu sərəncamı biz gənclərə daha böyük enerji ilə çalışmağa sövq edir. Bu sərəncam mediada əməyi olan, peşəkar jurnalistikaya xidmət edən adamların da əməyininin qiymətləndirilməsinə kömək edəcək.

Azərbaycan jurnalistikası keçmişin işığında gələcəyə inamla baxır. 150 illik tarixi ilə bu sahə artıq bir peşədən çox, bir missiyadır – cəmiyyətə xidmət etmək, haqqı demək, qərəzsiz olmaq və düzgün maarifləndirmək. Hazırda bu missiya üzərində mediada təmsil olunan hər kəsin, xüsusilə gənclərin üzərinə böyük məsuliyyət düşür. Gələcəyin mediası dürüst, müstəqil, məsuliyyətli və bilavasitə jurnalistika ilə bağlı olan şəxslər üzərində qurulmalıdır. Bu isə keçmişə dəyər verərək gələcəkdə jurnalistikamızın daha da peşəkar olmasına gətirib çıxaracaq.

Əli Vəliyev 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 Aprel 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see240

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see167

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see162

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see159

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see155

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see144

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see143

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see141

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see140

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see134

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see131

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see131

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see129

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see127

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see125

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see124

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see123

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see123

Trampın açıqlamaları Ukrayna üçün müəyyən problemlər yarada bilər RƏY

11 Noyabr 2025 14:07see121

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri