Icma.az
close
up
RU
Bu şərhlər təkcə bir şəxsi deyil, bütöv cəmiyyəti zəhərləyir Psixoloq

Bu şərhlər təkcə bir şəxsi deyil, bütöv cəmiyyəti zəhərləyir Psixoloq

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

"Bir kişinin azyaşlı bir qızı öpməsi ilə bağlı olan video yenə də bizi cəmiyyət olaraq hansı dəyərlərlə yaşadığımızı sorğulamağa məcbur edir. Burada baş verən, aydın şəkildə pedofiliyadır. Bu cinayətdir. Və bu cinayətə qarşı sərt mövqe tutmaq hər bir sağlam düşüncəli insanın borcudur".

Ölkə.Az xəbər verir ki, bunu klinik psixoloq Fuad Əsədov Sabirabadda 64 yaşlı kişinin azyaşlıya qarşı əxlaqsız hərəkətlər etməsi barədə yazılanlara münasibət bildirərkən deyib.

"Amma daha da dəhşətlisi budur ki, sosial şəbəkələrdə yayılan bu görüntülərə gələn bəzi şərhlər insanlıq adına utancvericidir. “Uşaq da məmnun görünür”, “uşağın da canında az yoxdur” kimi ifadələr sadəcə pedofiliyanı müdafiə etmir, həm də uşağı günahlandıraraq bu iyrənc davranışın məsuliyyətini onun üstünə yükləyir.

Bunu deyənlərə bir sual verim. Bir uşaq seksual razılıq verə bilərmi? Elmi, etik və hüquqi cavabı. Qətiyyən yox. Bir uşaq emosional, psixoloji və fiziki olaraq bu cür münasibətləri dərk edə bilməz. Onun reaksiyası istər təbəssüm, istər sakitlik olsun, travmanın, qorxunun və ya vəziyyətin fərqində olmamağın nəticəsidir. Bu susqunluq heç vaxt razılıq deyil, heç vaxt da bu cür zorakılığı “məzələnmək” kimi görməyə əsas vermir.

Bu şərhlər təkcə bir şəxsi deyil, bütöv cəmiyyəti zəhərləyir. Əgər bir uşaq istismar olunur və siz bunu görüb, müdafiə edən bir cümlə yazırsınızsa, siz də o sistemin bir hissəsinə çevrilirsiniz. Siz də zorakılığı normallaşdırmağa xidmət edirsiniz", - deyə o əlavə edib.

Qeyd edək ki, 2 gün əvvəl sosial şəbəkələrdə Sabirabad rayonu Qaratəpə kənd sakini 64 yaşlı Mərdan Hüseynovun azyaşlıya qarşı hüquqazidd hərəkət erməsini əks etdirən görüntülər yayılıb.

Fakta görə rayon polis şöbəsində cinayət işi başlanıb, M.Hüseynov həbs edilib.

Billurə Yunus

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Avqust 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see138

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri