Icma.az
close
up
RU
Bu şəxslər 4000 manat maaş ala bilər ŞƏRTLƏR

Bu şəxslər 4000 manat maaş ala bilər ŞƏRTLƏR

Icma.az, News24 saytına istinadən bildirir.

Azərbaycanda özəl məktəblərlə bağlı məsələlər vaxtaşırı müzakirəyə çıxarılır. Qeyd olunur ki, sözügedən təhsil ocaqlarında xidmət qənaətbəxş olsa da, qiymətlər çox bahadır. Hətta aylıq 3-4 min manatdan tutmuş 18-30 min manata qədər astronimik rəqəmlərin təklif edildiyi bildirilir.

Özəl məktəblərdə təhsil haqları niyə bu qədər yüksəkdir? Onları digərlərindən fərqləndirən xüsusiyyətlər nələrdir?

Globalinfo.az-a danışan təhsil məslələri üzrə ekspert Kamran Əsədov deyib ki, əvvəllər valideynlər özəl məktəbi yalnız dövlət təhsilindən məmnun olmadıqları üçün alternativ kimi görürdülər:

Lakin indi bu sektor öz daxilində elit və orta səviyyəli məktəblər olaraq sosial təbəqələşmənin güzgüsünə çevrilib. “Təhsil haqqında” Qanununun 13.2-ci maddəsinə əsasən, özəl təhsil müəssisələri dövlət tərəfindən müəyyən edilmiş minimum təhsil tələblərinə uyğun fəaliyyət göstərməli və təhsilalanlara keyfiyyətli təhsil xidmətləri təqdim etməlidir. Real vəziyyətdə bu minimum standartlar ciddi fərqlənir. Belə ki, yüksək təhsil haqlı məktəblər beynəlxalq akkreditasiyaya malik proqramlar – IB (International Baccalaureate), Cambridge Assessment, Edexcel, American Curriculum – əsasında təhsil təqdim edir, təkcə yerli deyil, beynəlxalq miqyasda tanınan sertifikatlar verir. Belə məktəblərdə təhsil alan şagirdlər təhsillərini birbaşa xarici universitetlərdə davam etdirmək imkanı əldə edirlər. Aşağı təhsil haqlı özəl məktəblərdə isə bu imkanlar ya məhduddur, ya da ümumiyyətlə yoxdur”.

Ekspert bildirib ki, 2024-cü il üzrə Bakıda fəaliyyət göstərən 150-dən artıq özəl məktəbdən təxminən 20-si yüksək təhsil haqlı, beynəlxalq proqramlı məktəblər qrupuna daxildir:

“Onların illik təhsil haqları 12-18 min manat arasında dəyişir. Yüksək təhsil haqlı məktəbləri fərqləndirən əsas xüsusiyyətlərdən biri də müəllim heyətinin keyfiyyətidir. Bu məktəblərdə çalışan müəllimlər ya xaricdə təhsil almış, ya da beynəlxalq təlimlər keçmiş, sertifikatlı şəxslərdir. Onların aylıq əməkhaqqısı 2500–4000 manat arasında dəyişir. Halbuki, aşağı qiymətli məktəblərdə müəllim maaşları 700–1000 manat civarındadır. Bu fərq müəllimin motivasiyası, resurslara çıxışı və tədris keyfiyyəti baxımından ciddi təsir yaradır. İnfrastruktur məsələsi də qiymət fərqinin formalaşmasında həlledici rol oynayır. Yüksək haqlı məktəblər şagirdlərə müasir texnologiyalarla təchiz olunmuş STEAM laboratoriyaları, robototexnika otaqları, VR əsaslı siniflər, simulyasiya mərkəzləri, çoxdilli kitabxanalar və hətta psixoloji dəstək mərkəzləri təqdim edir. Bəzi hallarda məktəbin daxilində musiqi studiyası, dram teatrı, atçılıq meydanı və ya qolf sahəsi də mövcuddur. Bu isə təkcə tədris deyil, şagirdin psixososial inkişafına da yönəlik kompleks yanaşmadır. Aşağı qiymətli məktəblərdə isə əsas infrastruktur sinif otaqları, ibtidai idman zalı və sadə kitabxana ilə məhdudlaşır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://news24.az
archiveBu xəbər 14 İyun 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri