Icma.az
close
up
RU
Bu şəxslər vaxtından tez tərxis ola bilər AÇIQLAMA

Bu şəxslər vaxtından tez tərxis ola bilər AÇIQLAMA

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hərbi xidmətdən vaxtından əvvəl tərxis olunma qaydaları qanunvericiliklə dəqiq tənzimlənir və bu proses bir neçə əsas amilə əsaslanır. Vətəndaşların xidmət müddəti başa çatmamış ordudan evə göndərilməsi daha çox sağlamlıq durumu və ailə vəziyyəti ilə əlaqədar olur.
Səhhətində ciddi problemlər yaranan əsgərlər hərbi həkim komissiyasının rəyi əsasında xidmətə yararsız hesab edilə bilər. Bu zaman müvafiq ekspert qrupu xəstəliyin dərəcəsini və onun xidmətə mane olub-olmadığını araşdırır. Əgər müayinə nəticəsində şəxsin xidmətini davam etdirməsi mümkün deyilsə, o, dərhal tərxis edilir.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, hərbi xidmətə getdikdən sonra, əgər şəxs həqiqi hərbi xidmət qulluqçusudursa və səhhətində problemlər yaranarsa, o tibbi komissiyaya göndərilir.

"Tibbi komissiyadan keçdikdən sonra şəxs şəhadətləndirilir və komissiyanın rəyinə əsasən onun xidmətə yararlılığı müəyyən olunur. Əgər hərbi xidməti davam etdirməsi mümkün deyilsə, ona sülh dövründə yararlı, sülh dövründə yararsız, müharibə dövründə qismən yararlı və digər diaqnozlar qoyulmaqla tərxis qərarı verilə bilər. Eyni zamanda, cinayət törədildiyi halda da vaxtından əvvəl tərxis mümkün ola bilər. Xüsusilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan və ya məhkumluqla əlaqəli hallarda qanun buna icazə verir".
Ekspert bildirib ki, Azərbaycanda hərbi xidmətə çağırılan şəxslər hərbi qeydiyyata alınır. 
"Hazırda 18 yaşdan 30 yaşa qədər olan Azərbaycan kişi cinsli vətəndaşları hərbi xidmətə cəlb olunur. Əvvəllər bu yaş həddi 18–35 idi, lakin sonradan 18–30 yaşa endirilib. Həmin şəxslər Azərbaycan Silahlı Qüvvələrində xidmətə çağırılır və xidmət müddəti 30 yaşa qədər nəzərdə tutulur. Bu o deməkdir ki, vətəndaş 30 yaşına qədər hərbi xidmətə çağırıla bilər və xidmət müddətinin son həddi təxminən 31 yaş yarımadək davam edə bilər".
Onun sözlərinə görə, bəzi hallarda 30 yaş həddinə yaxın şəxslər də xidmətə çağırıla bilər, hətta 30 yaşın tamam olmasına az qalmış günlərdə belə çağırış mümkündür. 
"Buna görə də xidmət müddətinin son həddi 31 yaş yarım kimi göstərilir. Digər bütün prosedurlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbə və idarələri tərəfindən tənzimlənir. Onlar çağırış və azad olunma mexanizmini qanunvericiliyə uyğun şəkildə həyata keçirirlər".

Qeyd edək ki, Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının sabiq rəisi Rasim Həsənovun dörd illik fəaliyyəti dövründə 50 min manatdan çox rüşvət aldığı üzə çıxıb. Aparılan istintaq nəticəsində mayorun hərbi qulluqçulara saxta rəylər verərək onların vaxtından əvvəl tərxis olunmasını təşkil etdiyi məlum olub. Hazırda vəzifə saxtakarlığı və külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunan ekspert barəsində toplanmış materiallar məhkəməyə göndərilib və onu 10 ildən çox həbs cəzası gözləyir.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Aprel 2026 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see342

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see321

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see280

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see276

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see271

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see260

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see257

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see251

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see251

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see222

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see220

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see213

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see205

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see201

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see199

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see198

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see186

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri