Bu söz Ermənistana bir mesaj, siqnal idi deputat
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Deputat Azay Quliyev Milli Məclisin plenar iclasında Ermənistanın sülhü pozan mövqeyinə diqqət çəkib.
Moderator.az xəbər verir ki, deputat deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə konstitusiyası ilə bağlı referendum və mümkün erkən seçkilər barədə ziddiyyətli açıqlamalar verdiyini deyib ki, bu da nun bəyanatlarının etibarlılığını şübhə altına alıb:
“Biz Ermənistana inanmalıyıqmı? Yaxud hakimiyyətdə olan Paşinyanın bəyanatları nə qədər etibarlıdır? Mənə elə gəlir ki, o qədər etibarlı deyil”.
A.Quliyev qeyd edib ki, Paşinyan siyasi rəqiblərini referendumla bağlı qərar vermədikləri halda, erkən seçki keçirməklə hədələyib.
Deputat vurğulayıb ki, N.Paşinyan bir həftə əvvəl referendum və sənədin imzalanması məsələsinin 2031-ci ilədək həll olunmalı olduğunu söyləyib, son açıqlamasında isə bunun 2027 və ya 2028-ci illərdə həllini nəzərdə tutduqlarını bildirib.
A.Quliyev Paşinyanın son açıqlamasını Azərbaycan Prezidentinin oktyabrın 15-də Ermənistanla sülhün “kövrək” olduğu barədə fikri ilə əlaqələndirib. “Mənə görə, dünənki bəyanatın əsas səbəbi məhz bu idi. ‘Kövrəkdir” sözü bəlkə də Ermənistana bir mesaj, siqnal idi”.
Deputat əlavə edib ki, başqa ölkəyə ərazi iddiasının konstitusiyada əks olunması Ermənistanın daxili işi sayıla bilməz. Onun sözlərinə görə, Ermənistanın konstitusiyası və digər məsələlərdə Türkiyəyə qarşı ərazi iddiaları da normallaşma prosesinə mane olur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 23 Oktyabr 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















