Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Ölümdən sonra insanı nə gözləyir?

Ötən onilliklərin solmayan kinolentləri

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Ermənistana ünvanlanan sərt mesaj: “Bu addımı atarsa...”

Ermənistana ünvanlanan sərt mesaj: “Bu addımı atarsa...”

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Ermənistanın revanşist mövqeyi və Minsk qrupunun formal şəkildə buraxılmaması məsələsinə toxunub.

Dövlət başçısının fikrincə, Ermənistanın həm keçmiş, həm də indiki hakimiyyətində revanşist tendensiyalar güclü şəkildə qalmaqda davam edir və bu, regionda sabitlik üçün ciddi təhlükə yaradır.Bu kontekstdə Azərbaycanın legitim təkliflərinin qarşı tərəf tərəfindən niyə qəbul edilmədiyini və bunun arxasında hansı niyyətlərin dayandığını anlamaq vacibdir.

Mövzu ilə bağlı millət vəkili Hikmət Babaoğlu "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda Ermənistanla Azərbaycan arasında mümkün sülh perspektivlərinə toxunaraq, bir sıra vacib məqamlara diqqət çəkib:

"Prezident qeyd edib ki, Ermənistanda revanşistlər iki qrupa bölünür: aktiv və passiv revanşistlər. Bu təsnifatın altında duran əsas məntiq ondan ibarətdir ki, əslində Ermənistanın bütün siyasi sistemi – istər iqtidar, istərsə də müxalifət revanşist təfəkkürlə formalaşıb.

Bu düşüncə təkcə siyasi elitalara yox, eyni zamanda Ermənistan cəmiyyətinin mütləq əksəriyyətinə xas olan bir etnik düşüncə modelidir. Prezidentin bu çıxışı, əslində, erməni etnopsixologiyasının iç üzünü göstərdi. Ermənistanın müxtəlif siyasi mərhələlərində, fərqli hakimiyyətlər dövründə Azərbaycana qarşı dəyişməyən bir element var: etnik nifrət və revanşizm.Bu nifrət revanşizmi bəsləyən əsas “alt-komponent” kimi çıxış edir. Belə olan halda, bu problemi diplomatik yollarla çözmək faktiki olaraq mümkünsüz görünür. Çünki bu xüsusiyyət etnik əsaslı revanşist təfəkkür, nə beynəlxalq platformalarda tam şəkildə izah oluna bilir, nə də beynəlxalq güc mərkəzləri tərəfindən qəbul edilir".

Millət vəkili vurğulayıb ki, bu reallıq fonunda Prezident Əliyev açıq şəkildə bildirir ki, problemin yeganə həlli yumşaq yox, sərt gücdən keçir:

"Ermənistanın mövcud ritorikasını və mövqeyini dəyişməsi üçün fiziki reallığın dəyişdirilməsi, yəni onların qarşısında yeni bir geosiyasi reallığın yaradılması vacibdir.Prezident bu kontekstdə bildirir ki, əgər Ermənistan indiki revanşist mövqeyindən əl çəkməsə, gələcəkdə “29 min km²-lik Ermənistan” yox, 9 min km²-lik bir Ermənistan reallığı ilə qarşılaşmalı olacaq.Hazırda Ermənistanın Azərbaycan-Ermənistan-Gürcüstan sərhədləri boyunca, xüsusilə Qazax, Kəmərli və Tovuz istiqamətlərində atəş mövqeləri qurmağa çalışması da bu revanşist niyyətlərin göstəricisidir. 

Prezidentin fikrincə, bu hazırlıqlar 2020-ci ilin avqustunda baş verən hadisələri xatırladır. O zaman da Ermənistan Bakı-Tbilisi-Ceyhan, Bakı-Ərzurum-Qars və Cənub Qaz Dəhlizi kimi önəmli kommunikasiya xətlərini hədəf almağa çalışmışdı.Bu gün baş verənlər də eyni ssenarinin davamı kimi görünür. Ermənistanın fikrincə, Azərbaycanın zəif nöqtəsi məhz həmin bölgələrdir və orada lokal müharibə ocağı yaratmaqla siyasi təzyiq etmək mümkündür.

Lakin Prezident İlham Əliyev bu cəhdlərin nəticəsiz qalacağını və əgər Ermənistan bu addımı atarsa, onun qarşılığında daha ağır və real nəticələrlə üzləşəcəyini açıq şəkildə ifadə etdi. Bu mesaj bir daha göstərdi ki, istər aktiv, istərsə də passiv revanşizm istənilən halda Ermənistan üçün sonu gətirəcəkdir".

Səbinə Uğur 
"Cebheinfo.az"

Açar sözlər: Ermənistan mesaj İlham Əliyev Hikmət Babaoğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Aprel 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see305

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see226

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see208

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see192

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see188

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see187

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see187

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see186

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see185

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see185

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see184

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see183

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see183

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see183

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see182

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see182

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see179

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see179

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see178

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri