Icma.az
close
up
RU
Bu təlimlər yekunlaşdı MEDİA məlumat yaydı KONKRET

Bu təlimlər yekunlaşdı MEDİA məlumat yaydı KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Aprelin 30-u Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul şəxsləri üçün “Strateji kommunikasiya və böhran kommunikasiyasında yeni trendlər” mövzusunda təlimlər başa çatıb.

KONKRET.az xəbər verir ki, ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov çıxışında bildirib ki, müasir dövr mətbuat xidmətlərindən çevik yanaşma tələb etdiyindən bu təlimlər kommunikasiyaya məsul şəxslərin fəaliyyətinin səmərəliliyinin artırılmasına, onların  sürətlə dəyişən media mühitinin trendlərinə çevik şəkildə uyğunlaşmasına və iş keyfiyyətlərinin artırılmasına fayda vermək məqsədi ilə həyata keçirilib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, informasiya sabitliyinin təmin olunması, dezinformasiyanın qarşısının alınması və ictimai marağın düzgün istiqamətləndirilməsi kommunikasiyaya məsul şəxslərin əsas prioritetlərindəndir. O vurğulayıb ki, dövlət qurumlarının media ilə konstruktiv əməkdaşlığı, məlumatların ictimaiyyətə operativ, dolğun şəkildə çatdırılması qarşılıqlı etimadın qurulmasında vacib komponentlərindəndir.

ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri, İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva yekunda çıxış edərək, iştirakçıları sessiyaları başa vurmaları münasibətilə təbrik edib, təlim nəticələrini diqqətə çatdırıb. O, qeyd edib ki, ADA Universiteti ilə Medianın İnkişafı Agentliyi arasında illər boyu davam edən əməkdaşlıq həm kommunikasiya üzrə məsul şəxslərin inkişafına, həm də ölkəmizdə media sahəsinin müsbət istiqamətə doğru dəyişməsinə fayda verən strateji tərəfdaşlıqdır. Əlavə edib ki, İxtisasartırma Proqramının birgə təşkil etdiyi təlim sessiyasına iki qrup üzrə qoşulan 29 iştirakçı yalnız öz bacarıqlarını inkişaf etdirməklə kifayətlənməyəcək, onlar həm də öyrəndiklərini başqalarına ötürərək bilik paylaşımını təmin edəcəklər.

ADA Universitetinin professoru, İnkişaf və Diplomatiya İnstitutunun Siyasi Araşdırmalar, Təhlillər və Nəşrlər üzrə direktoru Damyan Krineviç strateji kommunikasiya, böhran halları və reputasiya məsələlərinə dair çıxış edərək  ictimaiyyətlə əlaqələrə məsul şəxslərlə faydalı müzakirələr aparıb.

Təlimin sonunda iştirakçılar sertifikatla təltif olunublar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 May 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri